sonnoqte.az
Xəbər başlıqları
  • 16:54 – İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub 
  • 10:08 – İlham Əliyev onları təltif etdi 
  • 09:13 – Azərbaycan prezidenti dünyanın ən nüfuzlu liderlərinin siyahısına əlavə edildi 
  • 10:23 – Prezident İlham Əliyev: Ermənistanla sülh yalnız kağız üzərində deyil 

Azərbaycan lideri: "Ermənistan daim dünya ictimaiyyətini aldatmağa çalışıb"

20-05-2021, 22:56 253 dəfə baxılıb

Azərbaycan lideri: "Ermənistan daim dünya ictimaiyyətini aldatmağa çalışıb"

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycanla Ermənistan arasında barışığın təmin olunmasında mühüm rol oynaya bilər. Bu mərkəzin dialoq və sülhün, mədəniyyətlərarası və dinlərarası münasibətlərin, əməkdaşlığın, tolerantlığın təşviqi baxımından zəngin təcrübəsi var.
"Bu fikirləri Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə səsləndirib.

Dövlətimizin başçısı qeyd edib ki, Ermənistan Azərbaycana qarşı etnik təmizləmə həyata keçirib, bir milyondan çox insan öz evlərindən məcburi şəkildə didərgin salınıb. Lakin barışığın əldə olunması üçün düzgün yanaşmaya ehtiyac var.

Azərbaycan Prezidenti deyib: “Münasibətlərin pozulmasına məhz Ermənistanda mövcud olan Azərbaycanofobiya, təcavüzkar ideyalar səbəb olub. Ermənistan daim dünya ictimaiyyətini aldatmağa və özünü qurban kimi göstərməyə çalışıb”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO