sonnoqte.az
Xəbər başlıqları
  • 10:58 – Prezident məişət tullantıları daşıyan texnikalarla tanış oldu - FOTOLAR 
  • 20:59 – Xocalı Soyqırımı Memorialının açılışından - Fotolar 
  • 17:06 – “Bu, ədalətimizin son nöqtəsi idi” 
  • 09:19 – Prezident: Son 80 il ərzində Azərbaycan qədər tam və mütləq qələbə qazanan ikinci ölkə olmamışdır 

Baş nazir: Azərbaycanda hərbi sənaye klasterinin yaradılması istiqamətində işlər aparılır

9-12-2025, 11:24 8 dəfə baxılıb

Baş nazir: Azərbaycanda hərbi sənaye klasterinin yaradılması istiqamətində işlər aparılır


Azərbaycanda hərbi sənaye klasterinin yaradılması istiqamətində müvafiq işlər aparılır.

Bunu Baş nazir Əli Əsədov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Baş nazir xatırladıb ki, hökumətin əsas xərc istiqamətlərindən biri də təhlükəsizliyin, hərbi-müdafiə potensialının daha da gücləndirilməsidir.

O qeyd edib ki, növbəti ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri ümumi büdcə xərclərinin təqribən 21 %-ni (8,7 mlrd. manat) təşkil edir.

Ə.Əsədov vurğulayıb ki, bu gün Azərbaycanda hərbi sənaye sürətlə inkişaf edir və uzun illər ərzində bu sahəyə böyük vəsait ayrılır və diqqət göstərilir: "Artıq bir çox ölkələrə hərbi təyinatlı məhsul ixrac edilir və Prezident İlham Əliyev hökumət qarşısında vəzifə qoyub ki, həm daxili tələbatı ödəmək, həm də ixrac etmək üçün sənaye klasteri yaradılsın. Bu istiqamətdə artıq müvafiq işlər aparılır".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO