sonnoqte.az
Xəbər başlıqları
  • 10:34 – Prezident Moldova XİN rəhbərini qəbul etdi - Fotolar 
  • 19:22 – Molla rejimini vəlvələyə salan çıxış - Sərhəddən çəkilirlər 
  • 19:17 – Prezidentin Təhlükəsizlik Şurasında çıxışının - Videosu 
  • 15:25 – Prezidentin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi 

Britaniya bazası vurulub, İran hücumları genişləndirmək istəyir - KİV

2-03-2026, 08:33 6 dəfə baxılıb

Britaniya bazası vurulub, İran hücumları genişləndirmək istəyir - KİV


Yaxın Şərqdə gərginlik kəskin şəkildə artıb.

Xarici mediaya istinadən verdiyi məlumata görə, İsrailin Hayfa şəhəri Livan ərazisindən atılan raketlərin hədəfinə çevrilib. Məlumata görə, “Hizbullah” qüvvələri hərbi əməliyyatlara başlayıb.

Eyni zamanda, Bəhreyndə İran tərəfdarları ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında küçə toqquşmaları baş verir.

ABŞ və İsrail hava qüvvələrinin İran ərazisinə zərbələr endirdiyi bildirilir. İddialara əsasən, paytaxt Tehran və Təbriz şəhəri hədəf alınıb. Təbrizdə əsas radar stansiyası, hava limanı və neft emalı zavoduna hücum edildiyi qeyd olunur.

İran mediası isə Kiprdə yerləşən RAF Akrotiri hava bazasının zərbəyə məruz qaldığını iddia edir. Akrotiri bazası Böyük Britaniyanın Aralıq dənizi regionundakı ən mühüm hərbi məntəqələrindən biridir və Yaxın Şərqdə aparılan əməliyyatlarda mühüm rol oynayır.

Bundan əlavə, İsrailin 12-ci Kanalının yaydığı məlumata görə, İran müharibəni dayandırmaq niyyətində deyil və hücumlarını genişləndirməyi planlaşdırır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO