sonnoqte.az
Xəbər başlıqları
  • 21:22 – Sosial şəbəkələrdə yaş məhdudiyyəti – Prezidentdən sərəncam 
  • 17:06 – “Bu, ədalətimizin son nöqtəsi idi” 
  • 09:19 – Prezident: Son 80 il ərzində Azərbaycan qədər tam və mütləq qələbə qazanan ikinci ölkə olmamışdır 
  • 09:14 – Prezidentin sosial şəbəkə hesablarında Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edilib 

Akopyan hökumət iqamətgahını tərk edir - Paşinyandan açıqlama

Dünən, 09:20 3 dəfə baxılıb

Akopyan hökumət iqamətgahını tərk edir - Paşinyandan açıqlama


Ermənistanın Baş naziri Nikol Paşinyan Anna Akopyanla vətəndaş nikahının başa çatmasına münasibət bildirib. 

“özünün feysbuk səhifəsində paylaşım edən Baş nazir Akopyanın qərarına hörmətlə yanaşdığını qeyd edib.

“Son 30 il ərzində o, bütün çətin günlərimdə yanımda olub, mənim dayağım və dəstəyim olub. Mənim onun üçün eyni şeyi etdiyimə əmin deyiləm. Ola bilsin ki, mən ona daha çox kədər bəxş etmişəm, bunun üçün üzr istəyirəm”, - Paşinyanın paylaşımında deyilir. 

Daha əvvəl isə Anna Akopyan yenidən sosial şəbəkə hesabında paylaşım edərək Paşinyanla nikahlarının başa çatdığını və bu gün hökumət iqamətgahını tərk edəcəyini deyib. O əlavə edib ki, mövzu ilə bağlı daha əvvəlki postu anlaşılmazlıq yaradıb. Belə ki, Akopyan vətəndaş nikahının başa çatdığını bildirərkən çoxu bunu rəsmi nikaha daxil olma kimi qələmə verib. 

Xatırladaq ki, bir neçə gün əvvəl Nikol Paşinyanın Anna Akopyanla vətəndaş nikahı başa çatıb. Bu barədə paylaşım edən Akopyan hər kəsdən bu məsələdə təmkinli olmağı xahiş etmişdi. Yerli mətbuat 1990-cı illərin sonundan münasibətdə olan cütlüyün rəsmi nikaha girdiyini yazmışdı. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO