sonnoqte.az
Xəbər başlıqları
  • 21:22 – Sosial şəbəkələrdə yaş məhdudiyyəti – Prezidentdən sərəncam 
  • 17:06 – “Bu, ədalətimizin son nöqtəsi idi” 
  • 09:19 – Prezident: Son 80 il ərzində Azərbaycan qədər tam və mütləq qələbə qazanan ikinci ölkə olmamışdır 
  • 09:14 – Prezidentin sosial şəbəkə hesablarında Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edilib 

Pakistan nazirindən "X"də şok paylaşım: "Taliban"la qanlı və açıq müharibəyə başladıq!"

Dünən, 09:47 3 dəfə baxılıb



Pakistan və Əfqanıstan arasındakı gərginlik diplomatik çərçivələri tamamilə aşaraq irimiqyaslı hərbi toqquşmaya çevrilib.

Bu gün səhər saatlarında Pakistanın Müdafiə naziri Xvaca Asif özünün rəsmi "X" hesabında "Taliban" rejimini hədəf alan sarsıdıcı bəyanat yayıb.

Nazir Asif paylaşımında "Taliban" rəhbərliyinə xəbərdarlıq edərək bildirib:

"Bundan sonra sizinlə açıq müharibəmiz olacaq. Bu, qanlı bir müharibə olacaq. Biz sizin qonşunuzuq və sizin hansı dövrlərdən keçdiyinizi yaxşı bilirik. Səbrimiz artıq tükənib".

Xvaca Asif "Taliban" hökumətini Əfqanıstanın suverenliyini satmaqda və xarici güclərin oyuncağına çevrilməkdə ittiham edib:

"Siz Əfqanıstanı Hindistanın koloniyasına çevirmisiniz və onun əlində oyuncaq (mairionetka) olmusunuz. Dünyanın hər yerindən terrorçuları ölkəyə toplayıb, terror ixrac etməyə başlamısınız".

Bu bəyanat Pakistanın Əfqanıstanda başlatdığı irimiqyaslı hava əməliyyatları ilə eyni vaxta təsadüf edir. Pakistan Silahlı Qüvvələri paytaxt Kabul, həmçinin Qəndəhar və Paktika vilayətlərində "Taliban"ın strateji hərbi bazalarını, o cümlədən 313-cü və 201-ci briqadaların qərargahlarını darmadağın etdiyini bildirir. İslamabadın məlumatına görə, əməliyyat zamanı azı 133 "Taliban" döyüşçüsü zərərsizləşdirilib.

Bölgədəki qanlı eskalasiya fonunda Rusiya və İran artıq tərəflər arasında vasitəçi olmağa hazır olduqlarını bəyan ediblər. Lakin Pakistan tərəfinin ritorikası göstərir ki, İslamabad bu dəfə "Taliban"ı tamamilə ram etmədən geri çəkilmək niyyətində deyil.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO