sonnoqte.az
Xəbər başlıqları
  • 21:22 – Sosial şəbəkələrdə yaş məhdudiyyəti – Prezidentdən sərəncam 
  • 17:06 – “Bu, ədalətimizin son nöqtəsi idi” 
  • 09:19 – Prezident: Son 80 il ərzində Azərbaycan qədər tam və mütləq qələbə qazanan ikinci ölkə olmamışdır 
  • 09:14 – Prezidentin sosial şəbəkə hesablarında Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edilib 

İran hücuma hazırlaşır: Nüvə obyektləri möhkəmləndirilir

Dünən, 09:00 3 dəfə baxılıb

İran hücuma hazırlaşır: Nüvə obyektləri möhkəmləndirilir


İran hakimiyyəti 2025-ci ilin iyununda ABŞ və İsrailin endirdiyi zərbələr nəticəsində zədələnmiş nüvə obyektlərini bərpa edir və mümkün yeni hücum təhlükəsi fonunda onları möhkəmləndirir.

"Bu barədə "Bloomberg" agentliyi peyk görüntülərinə istinadən məlumat yayıb.

Xüsusilə, İran tərəfi İsfahan şəhərində yerləşən ən böyük nüvə kompleksində yeraltı girişləri hermetikləşdirir. Müşahidəçilərin fikrincə, bu addım hava zərbələri nəticəsində çökmələrin qarşısını almaq və dərin nüfuz edən sursatlara qarşı zəif nöqtələri aradan qaldırmaq məqsədi daşıyır.

Bərpa işləri Natanz şəhərində də davam edir. Uranın zənginləşdirilməsi üzrə zədələnmiş müəssisənin üzərində yeni dam inşa olunub.

Bundan əlavə, İran Natanzdakı nüvə obyektlərinin yaxınlığında, Kolanq-Qaz-La dağı altında yerləşən yeraltı qurğuya aparan iki tunelin konstruksiyasını möhkəmləndirir.

Eyni zamanda, Pərçin hərbi kompleksinin ərazisində yeni struktur inşa olunub. İsrail həmin obyekti 2024-cü ilin payızında hədəfə almışdı. Burada partlayıcı maddələrin sınaqları keçirilirdi və agentlik əlavə edir ki, bu texnologiyalar nüvə başlığının yığılmasında da istifadə oluna bilər.(oxu.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO