sonnoqte.az
Xəbər başlıqları
  • 10:34 – Prezident Moldova XİN rəhbərini qəbul etdi - Fotolar 
  • 19:22 – Molla rejimini vəlvələyə salan çıxış - Sərhəddən çəkilirlər 
  • 19:17 – Prezidentin Təhlükəsizlik Şurasında çıxışının - Videosu 
  • 15:25 – Prezidentin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi 

Britaniya İrana qarşı öz bazalarından istifadə etməyə icazə verib

2-03-2026, 08:38 5 dəfə baxılıb

Britaniya İrana qarşı öz bazalarından istifadə etməyə icazə verib


Böyük Britaniyanın Baş naziri Keir Starmer İran ətrafında vəziyyətin gərginləşməsi fonunda açıqlamalar verib.

Onun sözlərinə görə, "təhdidin qarşısını almağın yeganə yolu İran raketlərini mənbəyində, saxlama yerlərində və ya buraxılış qurğularında məhv etməkdir".

Starmer ABŞ-ın Londondan Britaniya hərbi bazalarının "xüsusi və məhdud müdafiə məqsədi" üçün istifadəsinə icazə verməsini istədiyini açıqlayıb.

"İranın bölgəyə raket atışlarının, mülki insanların ölümünün, Britaniya vətəndaşlarına təhdidin və münaqişəyə qarışmayan ölkələrə hücumların qarşısını almaq üçün bu tələbi təmin etmək qərarına gəldik", - deyə o bildirib.

Baş nazir həmçinin qeyd edib ki, Böyük Britaniya İran dronlarını ələ keçirməkdə Körfəz ölkələrinə kömək etmək üçün Ukrayna mütəxəssislərini cəlb etmək niyyətindədir.

Starmer vurğulayıb ki, London İrana ilkin zərbələrdə iştirak etməyib və hücum hərəkətlərinə qoşulmaq niyyətində deyil: "Biz İraqın səhvlərini xatırlayırıq və onlardan dərs çıxarmışıq."

Onun sözlərinə görə, bir gün əvvəl İran Bəhreyndə hərbi bazaya zərbə endirib və Britaniya qoşunları çətinliklə zərərdən xilas olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO