sonnoqte.az
Xəbər başlıqları
  • 09:00 – Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib 
  • 19:15 – İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib 
  • 19:10 – Prezident dövlət qulluqçularının maaşları ilə bağlı FƏRMAN İMZALADI 
  • 19:05 – Azərbaycanda bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşları müəyyən edilib - FƏRMAN - SİYAHI 

Böyük Britaniya Azərbaycana qarşı silah embarqosunu ləğv edib - Nazir

14-10-2025, 15:30 16 dəfə baxılıb

Böyük Britaniya Azərbaycana qarşı silah embarqosunu ləğv edib - Nazir


Böyük Britaniya Azərbaycan və Ermənistana tətbiq etdiyi silah embarqosunu ləğv etdiyini açıqlayıb. 

Belə bir bəyanatı Britaniyanın Avropa və Şimali Amerika üzrə dövlət naziri Stiven Douti (Doughty) internet saytında dərc edib.

Nazir bu qərarı avqustun 8-də Vaşinqtonda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində əldə olunan irəliləyiş və ATƏT-in Minsk qrupunun buraxılması ilə əlaqələndirir. 

"Prezident Trampın ev sahibliyi ilə Vaşinqtonda keçirilən tarixi sammiti nəzərə alaraq, Böyük Britaniya Dağlıq Qarabağ münaqişəsi tərəflərinə silah embarqosunun arxasında duran məntiqi əsasın artıq qüvvədə olmadığına inanır", - britaniyalı nazir bildirib.

Bəyanatda regionda əməkdaşlıq üçün yeni imkanlar açan ikitərəfli əlaqələrin dəyişməsi qeyd edilir.

"Böyük Britaniya hökuməti Azərbaycan və Ermənistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəltmək qərarına gəlib. Bu tərəfdaşlıq ticarət, təhlükəsizlik və müdafiə kimi sahələrdə əməkdaşlığı əhatə edəcək və nazirlərin illik görüşləri ilə gücləndiriləcək", -  Douti bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO