sonnoqte.az
Xəbər başlıqları
  • 08:40 – İlham Əliyev onlara müraciət etdi 
  • 12:19 – Prezident sərəncam imzaladı 
  • 08:20 – Prezidentdən Laçınla bağlı paylaşım - VİDEO 
  • 12:04 – İlham Əliyev "AZWOOL" mineral daş yunu zavodunun açılışında iştirak edib 

Xalqın etimadını doğruladan millət vəkili – Vasif Qafarovun nümunəvi fəaliyyəti

2-09-2025, 08:56 33 dəfə baxılıb


Azərbaycanın siyasi həyatında, xalqın dövlətə olan etimadının təcəssümü Milli Məclis üzvlərinin fəaliyyətində özünü aydın göstərir. Bu etimadın yüksək şəkildə doğruldulduğu nümunələrdən biri də Milli Məclisin deputatı, Lerik-Astara seçki dairəsindən seçilmiş Vasif Qafarovun fəaliyyətidir.

Vasif Qafarov uzun illərdir ictimai-siyasi proseslərin mərkəzində dayanaraq, xalqın səsinə səs verən, onların problemlərini Milli Məclis tribunasından dilə gətirən, dövlətçilik maraqlarını hər zaman üstün tutan bir şəxsiyyət kimi tanınır. O, seçildiyi gündən bu günə qədər seçiciləri ilə daim sıx əlaqədə olmuş, bölgənin sosial-iqtisadi inkişafına dair məsələlərin həlli üçün ardıcıl addımlar atmışdır. Lerik və Astara rayonlarının inkişaf perspektivlərinin güclənməsi, infrastruktur layihələrinin icrası, kənd təsərrüfatı sahəsinin dəstəklənməsi və əhalinin rifahının yaxşılaşdırılması istiqamətində deputatın təşəbbüsləri xüsusi qeyd olunmalıdır.

Millət vəkili Vasif Qafarov yalnız qanunvericilik sahəsində deyil, həm də humanist fəaliyyətlərdə fərqlənir. O, şəhid ailələri və qazilərə göstərdiyi xüsusi diqqət və qayğı ilə seçilir. Müstəqilliyimizin, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəmanların ailələri ilə daim görüşən, onların ehtiyaclarının qarşılanmasına dəstək göstərən deputat həm dövlət siyasətinə, həm də şəxsi vətəndaşlıq borcuna sadiq qalır. Şəhid ailələrinə mənəvi dayaq olmaqla yanaşı, onların sosial problemlərinin həlli istiqamətində də ardıcıl işlər görür. Qazilərimizə də göstərdiyi qayğı ilə Vasif Qafarov, əslində, həm də xalqın birliyi və dövlətin gücünün bariz nümunəsini ortaya qoyur.

Vasif Qafarovun fəaliyyətinin ən mühüm cəhətlərindən biri onun sadəliyi, əlçatanlığı və seçicilərlə birbaşa ünsiyyətidir. Hər bir vətəndaşın dərdinə şərik olan, ən kiçik məsələyə belə diqqətlə yanaşan deputat, xalqın sevgisini və etimadını qazanmışdır. Onun gördüyü işlər Lerik və Astara bölgəsinin inkişafına yeni nəfəs gətirmiş, yerli əhalinin dövlətə bağlılığını daha da gücləndirmişdir.

Milli Məclisin qanunvericilik fəaliyyətində də deputatın səsi, mövqeyi hər zaman dövlət maraqlarına söykənir. O, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatların dəstəklənməsi, bölgələrdə sosial rifahın artırılması, şəhid və qazi ailələrinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində qanunların hazırlanması və icrasında fəal iştirak edir.

Bütün bu keyfiyyətlər onu təkcə Lerik-Astara seçicilərinin deyil, ümumilikdə Azərbaycan xalqının dərin rəğbətini qazanan bir millət vəkili kimi tanıdır. Vasif Qafarov həm peşəkar siyasətçi, həm də insani dəyərləri ilə fərqlənən, xalqın içindən çıxmış, xalq üçün çalışan bir nümayəndədir.

Beləliklə, Vasif Qafarovun fəaliyyəti bir daha göstərir ki, dövlətə və xalqa sədaqətlə xidmət etmək, şəhid və qazi ailələrinə dəstək olmaq, bölgələrin inkişafına töhfə vermək əsl millət vəkilinin əsas missiyasıdır. Onun uğurlu fəaliyyətləri Azərbaycan cəmiyyətində nümunə kimi göstərilə biləcək dəyərlərdən biridir.


Milli məclisin deputatı Vasif Qafarov - Azərbaycan 30 yanvar 1992-ci ildə o zaman Avropada Təhlükəsizlik və Əməkdaşlığa dair Müşavirə adlandırılan bu təşkilata üzv qəbul olunub. Ermənistan-Azərbaycan “Dağlıq Qarabağ” münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün ATƏT-in Minsk qrupu guya vasitəçilik edirdi. Tərəflər arasında atəşkəsin əldə edilməsindən sonra ATƏM-in fəaliyyətdə olan sədrinə Minsk Konfransı həmsədrlərinin təyin edilməsi tapşırıldı. ATƏM-in Minsk konfransı Minsk qrupunun köməyi ilə mövcud atəşkəsin davam etdirilməsi və sülh sazişinin imzalanması üçün müvafiq tədbirlər görülməsi istiqamətində səylərini artırmağı tövsiyə edirdi.
İştirakçı dövlətlər BMT Təhlükəsizlik Şurasının əlaqədar qətnamələrinə dair öhdəliklərini təsdiq etdilər. Lakin bu qətnamələri sonda Azərbaycan öz gücü hesabına icra etdi. 1990-cı illərin əvvəllərində yenicə müstəqillik əldə etmiş Azərbaycanın torpaqlarının işğal olunmasına baxmayaraq, ölkəmiz kənar dövlətlərin diqtə etdiyi şərtlərlə heç vaxt razılaşmayıb.
1996-cı ilin dekabrında Lissabonda keçirilən ATƏT üzvü ölkələrin dövlət və hökumət başçılarının zirvə görüşündə üç mühüm sənəd qəbul olunmalı idi. Lakin zirvə toplantısının bəyannaməsində öz əksini tapmış müddəalardan biri - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prinsiplərini özündə ehtiva edən 20-ci maddə Ermənistan tərəfin etirazına səbəb oldu. Ermənistan həmin maddəyə veto qoydu. Azərbaycan Prezidenti Heydər Əliyev isə həmin maddənin bəyanatın mətnindən çıxarılmasına qəti etirazını bildirərək sammitin bütün sənədlərinə veto qoyacağını bildirdi. Aparılmış danışıqlar Azərbaycan Prezidentini mövqeyini dəyişməyə vadar edə bilmədi və ölkəmiz konsensus verməmək hüququndan istifadə edərək sammitin bütün sənədlərinə veto qoydu. Bu isə Lissabon sammitinin nəticəsiz başa çatması demək idi. 20-ci maddə Dağlıq Qarabağ münaqişəsinin üç prinsip əsasında həll edilməsinin mümkünlüyünü göstərirdi: Azərbaycan və Ermənistanın ərazi bütövlüyünün toxunulmazlığı, Dağlıq Qarabağa Azərbaycan Respublikasının tərkibində öz müqəddəratını təyinetmə hüququ əsasında muxtariyyət və özünüidarə statusunun verilməsi və Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təmin olunması sözügedən prinsiplər ATƏT-in Minsk qrupunun 1996-cı ilin noyabr ayında Helsinkidə keçirilmiş iclasında münaqişənin həlli formulu kimi qəbul olunmuşdu.
Bütün maneələrə və çətinliklərə baxmayaraq, Ulu Öndər Heydər Əliyev sona qədər öz prinsiplərinə sadiq qaldı və bir çox dövlət başçıları ilə keçirilmiş görüşlərində də mövqeyini kifayət qədər ciddi arqumentlərlə əsaslandırdı.
Ulu Öndər Heydər Əliyev 2002-ci ilin martın 7-də Prezident sarayında ATƏT-in sədri, Portuqaliyanın dövlət naziri və xarici işlər naziri Jaymi Qama başda olmaqla bu təşkilatın nümayəndə heyətini qəbul edərkən demişdi: “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün ATƏT tərəfdən xüsusi yaradılmış Minsk qrupunun bu yaxınlarda 10 ili tamam olacaqdır. Bu müddətdə, Minsk qrupu, Minsk qrupunun həmsədrləri münaqişənin həll olunmasında səylər qoyublar, ancaq təəssüf ki, məsələnin həllinə nail olunmayıb. Biz ATƏT-i və xüsusən onun Minsk qrupunun həmsədrlərini son illər çox tənqid edirik və buna əsas da var. Çünki Azərbaycan xalqı ölkəmiz üçün bu ağır problemin həllində ATƏT-ə, onun Minsk qrupuna və xüsusən də həmsədrlərə böyük ümidlər bəsləyir. Biz məsələnin sülh yolu ilə həll olunmasının tərəfdarıyıq və hesab edirik ki, ATƏT-in Minsk qrupunun həmsədrləri bu işdə müsbət rol oynaya bilərlər. Cənab sədr, mən xahiş edirəm ki, ATƏT-in sədri kimi siz bütün imkanlarınızdan istifadə edəsiniz ki, biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həllinə nail ola bilək”.
İllərlə davam edən danışıqlar heç bir nəticə vermədi. Azərbaycan həmişə müstəqil xarici siyasət yürütməyə çalışıb və bu yolda xarici təzyiqlərə, hətta ağır itkilərə məruz qalıb. Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin dövründə formalaşmış ən əsas prinsip ondan ibarətdir ki, ölkənin təhlükəsizliyinin əsas qarantı elə Azərbaycan dövlətinin özü olmalıdır. Yəni, ordu quruculuğu, iqtisadi güc və diplomatik siyasət daxili imkanlarla gücləndirilməlidir.
2020-ci ilin Vətən müharibəsi ilə Azərbaycan öz gücü və resursları ilə BMT Təhlükəsizlik Şurasının işğalla bağlı qəbul etdiyi qətnamələrin icrasına nail oldu. Bu, eyni zamanda onu göstərdi ki, Azərbaycan kənar qüvvələrin qərar və dəstəyinə yox, öz hərbi-siyasi potensialına arxalanmağı üstün tutur.
Azərbaycan işğal faktını hərbi-siyasi yolla aradan qaldırmaqla, əslində Minsk Qrupunun təklif olunan formatda fəaliyyətinə ehtiyacın qalmadığını göstərdi. Çünki münaqişə faktiki olaraq çoxdan bitib, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Revanşist ermənilərin bu kimi platformalardan “təzyiq vasitəsi” kimi istifadə etməsi, sülh niyyətlərinə şübhə yaradırdı. Sülh təkcə diplomatik bəyanatlarda yox, həm də əməldə öz əksini tapmalı idi. Ermənistan yaxşı anlayır ki, onun gələcək inkişafı qonşuları ilə münasibətlərinin normallaşmasından asılıdır. Təkcə coğrafi deyil, həm də iqtisadi gerçəkliklər göstərir ki, Ermənistan ticarət əlaqələrini genişləndirmək və regional layihələrə qoşulmaq üçün sülh sazişi imzalamağa məcburdur. Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalamaq üçün 2 əsas şərti irəli sürmüşdü. Minsk Qrupunun ləğvi ilə əlaqədar ATƏT-ə birgə müraciətin edilməsi və Ermənistan Konstitusiyasına dəyişikliklərin edilərək Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması.
8 avqust tarixində tarixi Vaşinqton görüşündə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin imzaladığı Birgə Bəyannamədə Minsk Qrupunun ləğv edilməsinə iki ölkənin ATƏT-in Baş Katibinə birgə müraciət edəcəyi təsdiqləndi. Ermənistan Azərbaycanın bütün şərtlərini qəbul etdi. Minsk Qrupunun ləğvi üçün birgə məktub imzalandı. Minsk qrupunun ləğvi Azərbaycanın, Prezident İlham Əliyevin növbəti qələbəsidir, növbəti xarici siyasət uğurumuzdur. Dövlət başçımızın prinsipial və qətiyyətli mövqeyi Minsk qrupunun da fəaliyyətinə birdəfəlik son qoydu.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO