sonnoqte.az
Xəbər başlıqları
  • 11:26 – Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə 
  • 09:00 – Prezident İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir 
  • 19:22 – Molla rejimini vəlvələyə salan çıxış - Sərhəddən çəkilirlər 
  • 19:17 – Prezidentin Təhlükəsizlik Şurasında çıxışının - Videosu 

DİN Gəncədə əməliyyat keçirdi: Həbs olunan var - VİDEO

Bu gün, 09:29 4 dəfə baxılıb



Gəncə şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı külli miqdarda heroin aşkarlanıb.

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində 33 yaşlı Ədil Ədilov narkokuryerlikdə şübhəli bilindiyi üçün saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxsin əlində olan idman çantasına baxış keçirilərkən yüksək təsiredici xassəyə malik 27 kiloqram 475 qram narkotik vasitə – heroin aşkar edilərək götürülüb. Ədil Ədilov ifadəsində bildirib ki, narkotik vasitəni sosial şəbəkə vasitəsilə tanış olduğu, şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə edib. O, həmin narkotikləri Gəncə şəhəri ərazisində müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığını etiraf edib.

Qeyd edək ki, saxlanılan şəxsdən götürülən heroinin “qara bazar”da dəyərinin təxminən 1 milyon 600 min manat olduğu bildirilir.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Ədil Ədilov barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO