sonnoqte.az
Xəbər başlıqları
  • 19:15 – İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib 
  • 19:05 – Azərbaycanda bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşları müəyyən edilib - FƏRMAN - SİYAHI 
  • 16:54 – İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub 
  • 16:49 – İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib 

Çin İranı bu məqsədlə qurban verir: Tayvanla müharibəsi

Bu gün, 14:22 3 dəfə baxılıb

Çin İranı bu məqsədlə qurban verir: Tayvanla müharibəsi


Çin ordusu gələcək münaqişələr üçün dərs çıxarmaq məqsədilə ABŞ-ın İrana qarşı mühariəsini diqqətlə öyrənir. Pekin  İran müharibəsindən Tayvanla potensial münaqişə üçün istifadə etmək istəyir. 

 “Bloomberg” xəbər verir ki, Pekin ABŞ-ın Hind-Sakit Okean bölgəsindən resursları və diqqəti Yaxın Şərqə yönəltməsindən məmnun ola bilər. Nəşrin yazdığına görə, Rusiya neft qiymətlərinin artması və sanksiyaların yumşaldılmasından əlavə fayda əldə etdikdən sonra bu müharibə ABŞ-ın ikinci rəqibinə fayda verir.

Nəşr qeyd  edib ki, Si Cinpin ABŞ-ı birbaşa tənqid etmir. Lakin Çin tərəfi artıq Vaşinqtonun imkanlarına reaksiya verir. Xüsusilə, nüfuzlu Çin şərhçisi Hu Sicin qeyd edib ki, Yaxın Şərqdəki müharibə onilliklər ərzində davam edən sanksiyalar nəticəsində zəifləmiş ABŞ-ın İrana qarşı hərbi imkanlarını nümayiş etdirib.

"Bəzi Amerika elitalarının hələ də Tayvan boğazında Çinlə döyüşmək barədə təkəbbürlə danışması həqiqətən gülməlidir", - deyə o yazıb.

Qeyd olunur ki, ABŞ öz sursat ehtiyatlarını sürətlə tükəndirir  və bu da Çin üçün müsbət haldır. Xüsusilə, Amerika qüvvələri İran hücumlarına qarşı durmaq üçün bahalı, dəyişdirilməsi çətin olan raket tutucularının ehtiyatlarını xərcləmək məcburiyyətində qalıblar. Ucuz “Şahid-136” dronları isə ABŞ və müttəfiqlərini əsasən daha mürəkkəb silahlara qarşı durmaq üçün hazırlanmış müdafiə sistemlərindən istifadə etməyə vadar edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO