19:15 – İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
19:05 – Azərbaycanda bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşları müəyyən edilib - FƏRMAN - SİYAHI
16:54 – İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub
16:49 – İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
DİN: Qarabağa səfər zamanı tezalışan maddələrin aparılması qəti qadağandır
Bu gün, 11:48
2 dəfə baxılıb
Qarabağa səyahət edən vətəndaşların oraya tez alışan maddələri aparması qadağandır.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Novruz və Ramazan bayramlarında Qarabağa səyahət edən vətəndaşlara müraciətində bildirilib.
Qeyd olunub ki, bayram günlərində polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparır, təhlükəsizliyin təmin edilməsi məqsədilə bütün zəruri tədbirləri həyata keçirirlər:
"Vətəndaşlar isə məsuliyyətli davranışları ilə bu sabitliyi daha da möhkəmləndirə bilərlər. Qarabağa sərbəst və maneəsiz səfər etmək üçün əvvəlcədən müvafiq portalda qeydiyyatdan keçmək vacibdir. Şəxsi minik avtomobili ilə səfər edən şəxslər müəyyən olunmuş marşrutlardan kənara çıxmamalıdırlar. Bundan əlavə, əraziyə tez alışan və partlayıcı maddələrin aparılması qəti qadağandır. Vətəndaşlara yalnız istirahət üçün nəzərdə tutulmuş məkanlara üz tutmaları tövsiyə olunur".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: