sonnoqte.az
Xəbər başlıqları
  • 14:09 – Prezident və TDT-nin qeyri-rəsmi Zirvə görüşünün digər iştirakçıları Türküstanda bir sıra mədəni məkanlarla tanış olublar 
  • 11:57 – İlham Əliyev Qazaxıstanda işgüzar səfərdədir 
  • 11:18 – İlham Əliyev Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib 
  • 14:55 – İlham Əliyev Bakı Olimpiya Stadionunda - FOTOLAR 

Bayram günlərində təcili yardım gücləndirilmiş rejimdə işləyəcək

30-12-2025, 09:50 21 dəfə baxılıb

Bayram günlərində təcili yardım gücləndirilmiş rejimdə işləyəcək


Bayram günlərində əhalinin sağlamlığının qorunması məqsədilə TƏBİB rəhbərliyi tərəfindən tibb müəssisələrinə müvafiq tapşırıqlar verilib. Vətəndaşların təcili tibbi yardıma fasiləsiz çıxışını təmin etmək üçün müvafiq təşkilati tədbirlər görülüb.

Bu barədə TƏBİB-dənm məlumat verilib.

Bundan əlavə, tibb müəssisələrində təcili təxirəsalınmaz tibbi yardım, reanimasiya və intensiv terapiya, təxirəsalınmaz cərrahi yardım, travmatoloji yardım, kardioloji və nevroloji təcili yardım, toksikoloji yardım, təcili pediatrik yardım, təcili mamalıq-ginekoloji yardım, habelə laboratoriya və radioloji təxirəsalınmaz diaqnostika xidmətlərinin gücləndirilmiş iş rejimində fəaliyyəti təmin ediləcək.

Eyni zamanda Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi də gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

"Qeyri-iş günlərində xidmətin operativliyinin və keyfiyyətinin təmin edilməsi məqsədilə məsul vəzifəli şəxslərdən ibarət növbətçilik sistemi təşkil olunub, həkim briqadalarının sayı mövcud ehtiyaclara uyğun olaraq formalaşdırılıb. Təcili tibbi yardım briqadaları tibbi avadanlıqlar, dərman preparatları və digər zəruri tibbi vasitələrlə tam təmin edilib.

Hazırda Bakı şəhəri üzrə təxminən 140 təcili tibbi yardım briqadası, ölkənin 61 regionu üzrə isə 270-ə yaxın briqada xidmətə hazır vəziyyətə gətirilib.

Bayram günlərində həm ölkə daxilindən, həm də xarici ölkələrdən, xüsusilə Bakı şəhərinə gələn şəxslərin sayında artım müşahidə olunduğundan, maddi-texniki təminat və kadr resursları bu artıma uyğun şəkildə planlaşdırılıb.

Təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin fasiləsiz, operativ və səmərəli fəaliyyəti nəzarətdə saxlanılacaq, fövqəladə hallara çevik reaksiya verilməsi təmin ediləcəkdir", - məlumatda deyilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO