11:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb
10:36 – İlham Əliyev Antalyada Əhməd Əl Şaraa ilə görüşüb
14:50 – Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfər edib - FOTO
11:55 – Prezident yeni səfiri qəbul etdi - FOTOLAR
Ərdoğanın təyyarəsi Laçın aeroportuna eniş etdi - Video
28-05-2025, 10:23
53 dəfə baxılıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müstəqillik Günü münasibətilə özəl “TUR” təyyarəsi ilə Azərbaycanın Laçın şəhərinə yola düşüb.
“Anadolu Agentliyi” xəbər verir ki, onu Esenboğa hava limanında vitse-prezident Cevdet Yılmaz, prezidentin baş katibi Hakkı Susmaz və Ankara valisi Vasip Şahin yola salıblar.
Ərdoğanla yanaşı, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, milli müdafiə naziri Yaşar Gülər, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı, ticarət naziri Ömer Bolat, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım və digər məmurlar Azərbaycana yola düşüb.
Prezident Ərdoğan Laçın Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak edəcək və Azərbaycanın Müstəqillik Günü ilə bağlı mədəniyyət tədbirə qatılacaq.
***
Türkiyə Prezidenti və nümayəndə heyətini gətirən təyyarə Laçın hava limanına eniş edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: