11:17 – Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh?
12:25 – Prezident onu icra başçısı təyin etdi - Sərəncam
12:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib
11:50 – Prezident açılışda - Fotolar
Qarabağda Novruzqabağı hərbi əməliyyat olacaq? - VİDEO
13-03-2023, 10:54
159 dəfə baxılıb
Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda erməni hərbi avtomobilləri peyda olur və maneəsiz hərəkət edirlər. Onların təhlükəsizliyini isə Rusiya sülhməramlı kontingentinə məxsus döyüş maşını təmin edir.
Hələ bir həftə öncə Qarabağdakı erməni silahlıları təxribat törətməyə cəhd etmiş, nəticədə qanlı toqquşma olmuşdu.
Bu ərəfədə regiona gələn Qərb nümayəndələri də vəziyyətin gərginləşməsindən ehtiyat etdiklərini gizlətməyiblər. Ermənistanın kapitulyasiya aktına imza atmasından az qala üç il keçir, amma İrəvan sülh müqaviləsi imzalamaq əvəzinə təxribatlardan əl çəkmir. Prosesə qatılan beynəlxalq vasitəçilərin də, görünür, vədləri bir səmərə vermir.
Xarici ölkə rəsmilərinin və nümayəndələrinin iştirak etdikləri X Qlobal Bakı Forumunda ölkə başçısı açıq bəyan etdi ki, Azərbaycan vasitəçi tərəflərin Ermənistanı dilə tutacağına ümid edir. Azərbaycanın Qarabağ ermənilərinə təklifi isə çoxdandır masadadır. Onların reinteqrasiyası təklif olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: