sonnoqte.az
Xəbər başlıqları
  • 11:31 – “Minkənd” KSES açıldı, “Tekstil Klasteri”nin isə təməli qoyuldu - Fotolar 
  • 09:39 – Dövlət başçısı: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür 
  • 09:26 – Azərbaycan Prezidenti: Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var 
  • 09:22 – Dövlət başçısı: "Bu gün 2 mühüm sənəd imzalanacaq" 

Naxçıvanla bağlı daha bir YENİLİK

23-12-2022, 15:30 167 dəfə baxılıb

Naxçıvanla bağlı daha bir YENİLİK


Naxçıvan MR-da ehtiyat DATA Mərkəzinin yaradılması nəzərdə tutulub.

Report xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov bildirib.

“Naxçıvanın dövlət qurumlarına aid informasiya ehtiyatlarının “gov.az” zonasına köçürülməsi üçün işlər aparılır. Ehtiyatlar bizim Data Mərkəzimizə köçürüləcək. Hələ ki, 11 resursun köçürülməsi planlaşdırılır. Bu işlər orada audit bitdikdən sonra həyata keçiriləcək. Gələn il isə qalan resurslar “gov.az” zonasına köçürüləcək. Amma Naxçıvanın avtonom statusunun olması nəzərə alınaraq orada da ehtiyat Data Mərkəzi yaradılacaq”, - deyə o qeyd edib.

Qeyd edək ki, bir neçə gün əvvəl NMR-in Ali Məclisinin sədri Vasif Talıbov istefa verib. Bundan sonra muxtar respublikada bir sıra qadağalar aradan götürülüb. 

Bundan başqa, dünən dövlət başçısının imzaladığı fərmanla Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi yaradılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO