sonnoqte.az
Xəbər başlıqları
  • 22:32 – İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi - Fotolar 
  • 22:26 – Əcəmi Naxçıvaninin abidəsinin açılışı oldu - Fotolar 
  • 22:23 – Prezident Döyüş bayraqlarının verilməsi mərasimində - Video-Fotolar 
  • 19:45 – İlham Əliyev xanımı ilə DOST Mərkəzinin açılışında 

Prezident: “Şaxələndirmə enerji təhlükəsizliyinin ən vacib amillərindən biridir”

1-06-2022, 11:11 138 dəfə baxılıb

Prezident: “Şaxələndirmə enerji təhlükəsizliyinin ən vacib amillərindən biridir”


“Ölkəmizin enerji daşıma sisteminin səmərəliliyinin artırılması Azərbaycandan qaz ixracını artırmağa imkan verəcək. Bu, bizim məqsədimizdir, əminəm ki, ona nail olacağıq”.

“Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində bildirib.

“Çünki bundan əvvəl planlaşdırdığımız hər bir şeyi - bu, təkcə neft-qaz sahəsinə aid deyil - həyata keçirmişik və bunu maksimum effektiv şəkildə etmişik”, - dövlət başçısı deyib.

Onun sözlərinə görə, ənənəvi Beynəlxalq Xəzər Neft və Qaz Sərgi və konfransı, həmçinin hazırda keçirilən Bakı Enerji Həftəsi bütün bu mühüm məsələləri müzakirə etməyə imkan verəcək.

“Şaxələndirmə enerji təhlükəsizliyinin ən vacib amillərindən biridir. Enerji strategiyamızın qəbul edildiyi ilk gündən etibarən bunun üzərində çalışırıq: ixrac marşrutlarımızı şaxələndirmişik, müxtəlif istiqamətlərdə 3 neft kəməri, 4 qaz kəməri yaradılıb, 4 ölkəyə elektrik enerjisi ixrac edirik”, - Prezident diqqətə çatdırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO