sonnoqte.az
Xəbər başlıqları
  • 14:25 – İlham Əliyev “Zangilan City Park Hotel”in təməlini qoydu - Fotolar 
  • 14:05 – Prezidentin Zəngilan sakinləri ilə görüşündən - Fotolar+Yenilənib 
  • 13:53 – “Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq” 
  • 09:21 – İlham Əliyev: "Əminəm ki, Onun ruhu şaddır, çünki bugünkü Azərbaycan Onun əsəridir" 

Azərbaycanda yeni ştama yoluxan var? - Rəsmi cavab

7-01-2022, 14:21 312 dəfə baxılıb

Azərbaycanda yeni ştama yoluxan var? - Rəsmi cavab


Son günlər Azərbaycanda yaxınlarının COVID-19-un yeni “Omicron” ştamına yoluxması ilə bağlı iddialara rast gəlinir. Ötən gün müğənni Aysel Əlizadə də ailə üzvlərinin yeni ştama yoluxduğunu açıqlamışdı. Onun sözlərinə görə, bir neçə ailə üzvü yeni ştama yoluxub və müalicəyə başlayıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın sonuncu brifinqində isə səhiyyə naziri vəzifəsini icra edən Teymur Musayev Azərbaycanda hələ bu ştamın aşkarlanmadığı açıqlamışdı.

Məsələyə aydınlıq gətirmək üçün TƏBİB-ə müraciət etdik. Qurumdan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirildi ki, ölkəyə xaricdən daxil olan, həmçinin ölkə ərazisində əhali arasında şübhəli bilinən bütün nümunələr toplanılır və analiz edilir: "Müvafiq yoxlamalarda hələ yeni ştam aşkarlanmayıb".

Xatırladaq ki, ilk dəfə Cənubi Afrikada peyda olan "Omicron" ştamı indiyədək dünyanın 100-dən çox ölkəsində aşkarlanıb. O cümlədən, Azərbaycana qonşu olan Türkiyə, Gürcüstan, İran və Rusiyada da yeni ştama yoluxma halları qeydə alınıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO