sonnoqte.az
Xəbər başlıqları
  • 13:33 – İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub 
  • 10:29 – İlham Əliyev Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib 
  • 10:25 – Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 
  • 20:20 – İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü - Video-Yenilənib 

Çində bir nəfərdə heyvan mənşəli yeni virus aşkarlanıb

1-06-2021, 10:07 381 dəfə baxılıb

Çində bir nəfərdə heyvan mənşəli yeni virus aşkarlanıb


Şərqi Çinin Szyansu əyalətində dünyada ilk H10N3 quş qripinə yoluxma faktı qeydə alınıb.

“Global Times” xəbər verir ki, bu virusun ilk aşkarlandığı 41 yaşlı şəxs aprelin 23-də hərarət və digər simptomlarla xəstəxanaya aparılıb.

Çinin səhiyyəsinin səlahiyyətli nümayəndələri virusun quşlardan insana keçmə ehimalı olduğunu desələr də, genişmiqyaslı yayılma riskini aşağı qiymətləndiriblər. 

Həkimlərin bildirdiyinə görə virusun insandan insana keçməsi faktı hələlik sübuta yetirilməyib.
Xəstədən götürülən analiz nəticəsində onun H10N3 virusuna yoluxan ilk insan olduğu üzə çıxıb.

Qeyd edək ki, H10N3 quş qripi virusu kimi tanınan Qrip A virusunun bir növüdür. H10N3 vəhşi quşlar arasında yayılan və quşlar üçün ölümcül virusdur. H10N3 qrip və COVID-19 kimi heyvanlar arasında tənəffüs damcıları ilə yayılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO