sonnoqte.az
Xəbər başlıqları
  • 13:14 – Prezident Slovakiya Milli Şurasının sədri ilə görüşdü 
  • 17:41 – İlham Əliyev Slovakiyaya rəsmi səfərə gedib - YENİLƏNİB 
  • 08:40 – İlham Əliyev onlara müraciət etdi 
  • 11:34 – İlham Əliyev: Azərbaycanla Böyük Britaniya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıqla bağlı yeni səhifə açılıb 

Bakıda tələbə dabaq xəstəliyinə yoluxub? - Açıqlama

23-10-2025, 11:57 45 dəfə baxılıb

Bakıda tələbə dabaq xəstəliyinə yoluxub? - Açıqlama


Sosial şəbəkələrdə Bakıda tələbənin dabaq xəstəliyinə yoluxduğu iddia edilib.

“Qafqazinfo” xəbər verir ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyi açıqlama yayıb.

“Sosial şəbəkələrdə Anadolu Universitetinin Bakı filialında təhsil alan Elnarə Həziyeva adlı şəxsin dabaq xəstəliyinə yoluxması ilə bağlı yayılan məlumat həqiqətə uyğun deyil. Qeyd edirik ki, Azərbaycanda son 30 il ərzində insanlar arasında dabaq xəstəliyi qeydə alınmayıb. Hazırda ölkə ərazisində bu xəstəliklə bağlı insanlar arasında yoluxma faktı aşkarlanmayıb.

Vətəndaşların diqqətinə çatdırırıq ki, yalnız rəsmi mənbələr tərəfindən təsdiqlənmiş məlumatlara etibar etsinlər.

Eyni zamanda, media nümayəndələrindən xahiş edirik ki, ictimaiyyətdə əsassız narahatlıq yaratmamaq üçün yalnız rəsmi və dəqiqləşdirilmiş məlumatları yayımlasınlar”, - məlumatda vurğulanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO