sonnoqte.az
Xəbər başlıqları
  • 19:15 – İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib 
  • 19:05 – Azərbaycanda bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşları müəyyən edilib - FƏRMAN - SİYAHI 
  • 16:54 – İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub 
  • 16:49 – İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib 

“Atam bu dünyadan xoşbəxt getdi…”

1-08-2025, 13:15 81 dəfə baxılıb

“Atam bu dünyadan xoşbəxt getdi…”


“Gələn hər kəsə dərin təşəkkürümü bildirirəm. Atam bu dünyadan xoşbəxt getdi...”

Bu sözləri Xalq artisti Arif Babayevin oğlu Yaşar Babayev xanəndə ilə vida mərasimində çıxış edərkən bildirib.

“Son günlərdə ona göstərilən sevgi, diqqət və qayğı onun üçün çox böyük mənəvi dayaq idi. O, xalqının sevgisini hiss edərək, əhatəsində doğmalarını, dostlarını, tələbələrini görərək bu dünyaya vida etdi”, - deyə Y. Babayev söyləyib.

***

Xalq artisti Vamiq Məmmədəliyev bildirib ki, bu gün danışmaq çox ağırdır: “Arif Babayev mənim dostum idi. Bir yerdə çox çörək yemişik. “Xan Şuşinski” məktəbinin davamçısı idi. Bu sənəti davam etdirmək çox çətin idi. Onun ürəyi həmişə muğamla döyündü. Biz uzun illər bir yerdə işləmişik, aramızda böyük səmimiyyət var idi. Bu gün onun həyatda olmamağı… Onun haqqında çox monoqrafiyalar, dissertasiyalar yazılacaq. Tələbələri onu çox sevirdi. Onun dövlət qarşısında çox böyük xidmətləri var idi. Arif müəllim heç vaxt xalqımızın yadından çıxmayacaq. Hamımız üçün ölüm var. Bununla barışmaq lazımdır. Arif müəllim böyük iz qoyub getdi. O yaşayır…”

***

Xalq artisti Mənsum İbrahimov isə çıxış edərək Arif Babayevin Azərbaycan muğam sənətinə bəxş etdiyi böyük töhfələrdən danışıb.

O bildirib ki, Arif Babayev yalnız görkəmli ifaçı deyil, həm də əsl ustad, sənət məktəbi yaradan, neçə-neçə sənətkarın yolunu işıqlandıran şəxsiyyət idi.

M.İbrahimov vurğulayıb ki, A.Babayevin yaratdığı sənət irsi tükənməz xəzinədir və o öz ifaları, yetirmələri və insani keyfiyyətləri ilə hər zaman xatırlanacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO