sonnoqte.az
Xəbər başlıqları
  • 17:42 – Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb 
  • 11:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 10:53 – Dövlət işçilərinə maaş əlavələri və mükafatlar belə veriləcək - Prezidentdən Fərman 
  • 13:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 

Bakı metrosunda problem - Stansiyalarda izdiham yaranıb - YENİLƏNİB

Bu gün, 08:20 8 dəfə baxılıb

Bakı metrosunda problem - Stansiyalarda izdiham yaranıb - YENİLƏNİB


Metronun "İçərişəhər" stansiyasının giriş sahəsində nasaz qatar xətdən çıxarılıb.

Bu barədə  "Bakı Metropoliteni" QSC-dən bildirilib.

Məlumata görə, qısa müddət ərzində Qırmızı xətt üzrə interval bərpa olunub", - məlumatda bildirilib.

***

08:44

Bakı metrosunun bütün istiqamətlərində səhər saatlarında qatarların hərəkətində problem yaranıb.

“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, “İçərişəhər” stansiyasının giriş sahəsində qatarda nasazlıq yaranıb.

Bu səbəbdən köməkçi qatar verilməklə nasaz qatar xətdən çıxarılır. Qısa müddət ərzində Qırmızı xətt üzrə interval bərpa olunacaq.

Yaşıl və Bənövşəyi xətlərdə qatarlar qrafikə uyğun olaraq hərəkət edir, hər hansı təhlükəli və ya ciddi narahatlıq doğuran məsələ yoxdur.

Qurumdan əlavə olunub ki, məsələ ilə bağlı açıqlama veriləcək.

***

08:22

Səhər saatlarında Bakı metrosunun "İçərişəhər" stansiyasının önündə sıxlıq yaranıb.

“Həzi Aslanov”–“İçərişəhər” istiqamətində hərəkət edən qatarların hərəkəti dayanıb.

Nəticədə uzun növbə yaranıb.

Məsələ ilə bağlı Bakı Metropoliteninin QSC-nə sorğu ünvanlanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO