sonnoqte.az
Xəbər başlıqları
  • 11:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 13:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 13:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 
  • 13:28 – Fəxri Kazımov işdən çıxarıldı - YENİ TƏYİNAT - FOTO 

ABŞ-İran savaşı BU TARİXDƏ bitir

Bu gün, 13:39 5 dəfə baxılıb

ABŞ-İran savaşı BU TARİXDƏ bitir


Tehranla Vaşinqton arasında gərginlik səngimir. İranın ABŞ hərbi gəmilərinə raket hücumları və Hörmüz boğazı ətrafında qarşıdurma müharibənin sonunun hələ də görünmədiyini göstərir. ABŞ prezidenti Donald Tramp noyabrın 3-də keçiriləcək aralıq seçkilərindən dərhal sonra müharibənin başa çatacağını bildirib. Onun fikrincə, İran ABŞ-nin iqtisadi təzyiqinə daha uzun müddət tab gətirə bilməz və qarşıdurmanın sonu məhz bu siyasi mərhələdən sonra gələcək.

Trampın noyabr seçkilərindən dərhal sonra müharibənin bitəcəyi barədə verdiyi vəd real siyasi-hərbi plana əsaslanır, yoxsa ABŞ prezidentinin daxili auditoriyaya hesablanmış optimist proqnozudur?

Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-a şərh edib ki, Trampın bu açıqlaması daha çox siyasi hədəf və danışıqlar üçün təzyiq mesajıdır: “Əksinə, Vaşinqtonla Tehran arasında qarşıdurma son günlər yenidən kəskinləşib, Hörmüz boğazında risklər artıb və neftin qiyməti qalxıb. Burada bir paradoks yaranır: ABŞ hərbi baxımdan İrana ciddi zərbə vurub və onun hərbi sənaye imkanlarının əhəmiyyətli hissəsinin zəiflətdiyini bildirir. Lakin hərbi üstünlük hələ siyasi nəticə deyil. Tehran müqavimət imkanlarını qoruyursa və Hörmüz kimi strateji nöqtələr vasitəsilə müharibənin iqtisadi qiymətini artırmağı bacarırsa, Vaşinqton üçün əsas problem İranı vurmaq deyil, bu üstünlüyü siyasi razılaşmaya çevirməkdir”.

Siyasi təhlilçinin fikrincə, Trampın noyabr tarixini xüsusi vurğulaması da təsadüfi deyil: “ABŞ-da artan enerji qiymətləri və müharibənin sosial-iqtisadi yükü seçkilər ərəfəsində administrasiya üçün ciddi siyasi risk yaradır. Neftin 100 dollardan yuxarı qalxması artıq yalnız xarici siyasət məsələsi deyil, ABŞ seçicisinin gündəlik həyatına toxunan daxili siyasi məsələyə çevrilir. Müharibənin noyabrdan sonra avtomatik olaraq başa çatacağını düşünmək real görünmür. Daha mümkün variant qarşıdurmanın formasını dəyişməsidir. Genişmiqyaslı hərbi əməliyyatların yerini atəşkəs, məhdud zərbələr, dəniz qarşıdurması, sanksiya mexanizmləri tuta bilər. ABŞ-nin hərbi münaqişəni 2027-ci ilə qədər uzadılması barədə məlumatlar da Vaşinqtonun müharibədən sonrakı təhlükəsizlik modelini indidən hesabladığını göstərir. Məncə, bu müharibənin taleyini son nəticədə hərbi üstünlükdən daha çox siyasi kompromisin mümkün olub-olmaması müəyyən edəcək”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO