sonnoqte.az
Xəbər başlıqları
  • 11:34 – İlham Əliyev: Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar 
  • 16:02 – İlham Əliyev İranın daxili işlər nazirini qəbul etdi - Fotolar 
  • 10:42 – Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi 
  • 12:12 – İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO 

Çində yeni təhlükəli virus yayılır – 15 əyalətdə aşkarlanıb, insanlara da keçib

11-09-2026, 09:16 54 dəfə baxılıb

Çində yeni təhlükəli virus yayılır – 15 əyalətdə aşkarlanıb, insanlara da keçib


Çində yeni gənə mənşəli virus aşkarlanıb. Asiya uzunbuynuzlu gənəsi ilə əlaqəli yeni virus” (ALTNV) adlandırılan virus insanlarda da müəyyən edilib.

Virus Çinin 15 əyalətindən toplanan gənələrdə aşkarlanıb. Alimlər gənə təması olan və qızdırma ilə xəstəxanaya müraciət edən insanlarda da virusa rast gəliblər. Xəstələrdə əsasən qızdırma, halsızlıq, mədə-bağırsaq problemləri, trombositlərin azalması və qaraciyər göstəricilərinin yüksəlməsi müşahidə olunub.

Hazırda virusun insandan-insana yayıldığına dair sübut yoxdur.

Daha ciddi məqam isə ALTNV-nin başqa bir gənə virusu – Dabie bandavirusu (DBV) ilə eyni ərazilərdə dövr etməsidir. Hər iki virusun eyni gənə növü ilə yayıla bildiyi müəyyənləşdirilib. ALTNV və DBV-yə eyni vaxtda yoluxan 38 xəstədən 7-si ölüb. Alimlər hesab edirlər ki, iki virusun birgə infeksiyası xəstəliyin daha ağır keçməsinə səbəb ola bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO