sonnoqte.az
Xəbər başlıqları
  • 09:00 – Bu gün Mehriban Əliyevanın doğum günüdür 
  • 08:20 – İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır 
  • 13:49 – Azərbaycanın “C6” formatında iştirakı... - Prezidentdən MÜHÜM AÇIQLAMA 
  • 13:46 – İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi 

Kartlardan 5 min manatdan çox pul oğurlandı

17-06-2025, 11:58 72 dəfə baxılıb

Kartlardan 5 min manatdan çox pul oğurlandı


Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara kiberdələduzluq halları ilə bağlı növbəti çağırış edib.

DİN-dən  verilən məlumata görə, müraciətdə deyilir:

"Naməlum nömrələrdən gələn zənglər və mesajlar vasitəsilə vətəndaşların şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi cəhdlərinin qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyi əhalini diqqətli olmağa çağırır.

İyunun 16-da bir sıra şəxslərin bank hesablarından 3146, 900, 400, 318, 240, 70 manat və 15 dollar kiber üsulla oğurlanıb.

Daxili İşlər Nazirliyi bir daha diqqətə çatdırır ki, naməlum nömrələrdən gələn zənglərə və mesajlara cavab verilməməlidir.
Tövsiyə edilir ki, SMS, e-poçt və messencerlərdəki şübhəli linklərə daxil olmayın, bank kartınızın nömrəsini, PIN kodunu, CVV kodunu, OTP (birdəfəlik şifrə) kimi məlumatları heç bir halda paylaşmayın. Tanımadığınız şəxslərə, həmçinin özünü bank və ya dövlət qurumu əməkdaşı kimi təqdim edənlərə inanaraq məlumatlarınızı verməyin".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO