sonnoqte.az
Xəbər başlıqları
  • 08:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 10:40 – Dövlət başçısı Antalyada Şimali Kipr Prezidenti ilə görüşüb 
  • 10:36 – İlham Əliyev Antalyada Əhməd Əl Şaraa ilə görüşüb 
  • 14:50 – Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfər edib - FOTO 

Gəncə terrorundan 3 il ötdü

4-10-2023, 09:04 104 dəfə baxılıb

Gəncə terrorundan 3 il ötdü


Bu gün Vətən müharibəsində Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından üç il ötür.

ermənilərin atdığı raketlər 2020-ci ilin oktyabrın 4-ü səhər saatlarında  Gəncə şəhərində sakinlərin yaşadığı ikimərtəbəli binaya və fərdi yaşayış evlərinə düşüb.

Nəticədə Əliyev Tunar Qoşqar oğlu şəhid olub, digər 32 mülki şəxs isə yaralanıb. Həmçinin mülki infrastruktura və qədim tarixi tikililərə də ziyan dəyib.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Qeyd edək ki, Gəncə şəhərində mülki əhaliyə qarşı törədilmiş terror əməllərinə görə ittiham olunan Qarabağda qondarma rejimin “prezident”i olmuş Arayik Arutyunyan ötən gün Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. O, 2020-ci ilin oktyabrın 4-də rəsmi sosial şəbəkə hesablarında Gəncənin mülki əhalisinin sıx yaşadığı məntəqələrin ağır artilleriyadan atəşə tutulması barədə göstəriş verdiyini etiraf etmişdi. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO