13:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu
13:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM
13:28 – Fəxri Kazımov işdən çıxarıldı - YENİ TƏYİNAT - FOTO
Bakı-Sumqayıt yolunun 27-ci kilometrliyində neft kəmərində sızma baş verib - VİDEO
19-06-2023, 08:13
158 dəfə baxılıb
Bakı-Sumqayıt yolunun 27-ci kilometrliyində neft kəmərində sızma baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Belə ki, “112” qaynar telefon xəttinə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində neft kəmərində sızma baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyin mütəxəssisləri əraziyə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.
Hadisənin ilkin qiymətləndirilməsi zamanı Bakı-Sumqayıt yolunun 27-ci kilometrliyində neft kəmərində sızma baş verdiyi müəyyən olunub.
Hazırda neft sızması ilə əlaqədar təhlükəsizlik tədbirləri çərçivəsində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri ərazidə növbə çəkir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: