10:07 – İlham Əliyev Bişkekdə Narendra Modi ilə söhbət etdi - FOTO
08:44 – İlham Əliyev Ərdoğanla görüşdü - Fotolar
12:26 – İlham Əliyevin Paşinyanla görüşü keçirilir - Yenilənib - Fotolar
Ağsuda bilərəkdən yanğın törətmiş şəxs müəyyən edilib - VİDEO
23-08-2022, 11:46
252 dəfə baxılıb
Avqustun 11-də Ağsuda baş vermiş yanğının qəsdən törədildiyi məlum olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, Nazirliyin “112” qaynar telefon xəttinə Ağsu rayonu, Maşadqanlı kəndində Tahir Əliağa oğlu Vəlidova məxsus sahədə yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-in yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın söndürülüb, yaxınlıqdakı Maşadqanlı kənd məktəbi yanğından mühafizə olunub.
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində yanğını törətmiş şəxs müəyyən edilib. Belə ki, hadisənin 1980-ci il təvəllüdlü Yusif Vidadi oğlu Ağayev tərəfindən törədildiyi aşkar edilib və vətəndaş əməlini etiraf edib.
Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: