sonnoqte.az
Xəbər başlıqları
  • 10:16 – İlham Əliyev Litva Prezidentini təbrik edib 
  • 08:16 – İlham Əliyev: Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir 
  • 08:12 – Prezident: Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir 
  • 08:08 – İlham Əliyev: Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq 

Nazirliyin işçisi faciəvi şəkildə öldü

26-09-2022, 09:41 171 dəfə baxılıb

Nazirliyin işçisi faciəvi şəkildə öldü


Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fuqimasiya Mərkəzinin traktorçusu bədbəxt hadisə nəticəsində ölüb.

Qafqazinfo xəbər verir ki, hadisə sentyabrın 25-də Tovuzun Hacallı kəndində baş verib. Mərkəzin əməkdaşı, 1972-ci il təvəllüdlü Asif Şamilov ərazidə saxlanılan traktorun qəfil hərəkətə başlayaraq yoxuşdan üzüaşağı getdiyini görüb. O, özünü yetirərək traktoru saxlamağa çalışıb. Lakin bu zaman ehtiyatsızlıqdan traktorun altına düşərək ağır xəsarətlər alıb. Xəstəxanaya çatdırılsa da, 50 yaşlı kişini xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO