sonnoqte.az
Xəbər başlıqları
  • 11:17 – Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh? 
  • 12:25 – Prezident onu icra başçısı təyin etdi - Sərəncam 
  • 12:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 
  • 11:50 – Prezident açılışda - Fotolar 

Qurban Qurbanovun qovduğu Elvin ən bahalı azərbaycanlı futbolçudur

19-06-2026, 09:00 30 dəfə baxılıb

Qurban Qurbanovun qovduğu Elvin ən bahalı azərbaycanlı futbolçudur


Nüfuzlu “Transfermarkt” portalı Azərbaycan Premyer Liqasında çıxış edən futbolçuların transfer dəyərlərini yeniləyib.

Siyahıya “Qarabağ”ın kabo-verdeli yarımmüdafiəçisi Leandro Andrade başçılıq edir.

Ulduz futbolçunun hazırkı bazar dəyəri 3,5 milyon avro olaraq qiymətləndirilir.

İlk üçlüyü isə Polşa futbolunun nümayəndələri tamamlayır. “Sabah”ın müdafiəçisi Timoteuş Puxaç və “Qarabağ”ın qapıçısı Mateuş Koxalski hərəyə 2,5 milyon avro bazar dəyəri ilə siyahıda ikinci və üçüncü yerləri bölüşürlər.

Yenilənmiş siyahıda 6-cı pillədə qərarlaşan Elvin Cəfərquliyev isə 2 milyon avroluq dəyərlə ən baha azərbaycanlı futbolçu statusunu qoruyub. Son dövrlərdə diqqət çəkən müdafiəçinin qiyməti cari hesabat dövründə daha 500 min avro yüksəlib.

Xatırladaq ki, Elvin Cəfərquliyev və Abbas Hüseynov bir müddət əvvəl intizam qaydalarını pozduqları üçün əsas heyətdən uzaqlaşdırılmışdılar.(Qafqazinfo)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO