sonnoqte.az
Xəbər başlıqları
  • 13:39 – İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri ilə görüşüb 
  • 11:52 – “İndi həmin o böyük qardaş Brüsseldir” - Prezident 
  • 10:55 – “Sülh müqaviləsinin bəndlərinin əksər hissəsi razılaşdırılıb” 
  • 10:39 – Prezident XII Qlobal Bakı Forumunda iştirak edir - Fotolar - YENİLƏNDİ 

ZORAKILIQSIZ CƏMİYYƏT UĞRUNDA ÇALIŞIRIQ

11-12-2021, 11:18 494 dəfə baxılıb

ZORAKILIQSIZ CƏMİYYƏT UĞRUNDA ÇALIŞIRIQ



Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 10 dekabr 1948-ci il tarixində İnsan Hüquqları haqqında Ümumi Bəyannamə qəbul edib və həmin tarixdən etibarən 10 dekabr-İnsan Hüquqları Günü kimi qeyd edilir. 25 noyabr dünyada Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günüdür. Bütün dünya noyabrın 25-dən dekabrın 10-dək “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq" kampaniyasına qoşularaq məlumatlılığın artırılmasında iştirak edir. Neftçala Qadın Resurs Mərkəzi də kampaniyada aktivlik nümayiş etdirir. 
2021- ci ildə  BMT İP və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə icra etdiyi, USAID-in maliyyələşdirdiyi  “Sahibkarlığa və məşğulluğa iqtisadi dəstək” layihəsi çərçivəsində ənənəni davam etdirdi. Belə ki, Neftçala rayonu İcra Hakimiyyəti başçısı yanında “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq" Komissiyası ilə birlikdə silsilə tədbirlər hazırlayaraq maarifləndirmə apardı. Neftçala rayonunun Heydər Əliyev Mərkəzində, Neftçala şəhərində, Qoltuq yaşayış massivində, Xıllı qəsəbə və Astanlı kəndində təşkil olunmuş maarifləndirmə tədbirlərində məişət zorakılığı, erkən nikahların fəsadları, zorakılıq hallarınn müşahidəsi zamanı müraciət ediləcək ünvanlar və qaynar xətlər, eləcə də qadın hüquqları və reproduktiv sağlamlıq barədə məlumatlar verildi, mövzuya aid filmlər izləndi, Neftçala yeniyetmələrinin məişət zorakılığına aid rəsm əsərlərinin sərgisi nümayiş olundu. Ritual Mobil Teatrının aktyorları tərəfindən keçirilən təlimdə iştirak etmiş yeniyetmələr zorakılıqla mübarizə üsulları barədə hazırladıqları tamaşa vasitəsilə mesaj verdilər. Silsilə tədbirlərə 10 dekabr 2021- ci il tarixdə yekun vuruldu. Yekun tədbirində zorakılıq hallarının aradan qaldırılması üçün mövcud vasitələrdəki boşluqların müəyyən olunması və yeni metodlar barədə təkliflər hazırlanması nəzərdə tutulmuşdu. 







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO