12:01 – Prezident İlham Əliyev "Abşeron" Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib
11:54 – Prezident İlham Əliyev Şamaxıda “Şirvan Aqro” heyvandarlıq kompleksinin açılışında iştirak edib VİDEO
10:41 – Prezident İlham Əliyev Şamaxı rayonuna səfər edib VİDEO
09:00 – Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib
Prezident o görüşdən danışdı - “Yeni dövr başladı” - Video
17-10-2025, 08:46
43 dəfə baxılıb
Xəbər verdiyimiz kimi, oktyabrın 16-sı Azərbaycan Prezidenti İlham Əliyev Fransanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sofi Laqutun etimadnaməsini qəbul edib.
“Səfir etimadnaməsini dövlət başçısına təqdim edib.
Prezident İlham Əliyev Kopenhagendə Fransa Prezidenti Emmanuel Makronla görüşünü xatırladaraq, həmin görüşün nəticəsində ölkələrimiz arasında anlaşılmazlığa səbəb olan məsələlərin keçmişdə qaldığını deyib. İkitərəfli gündəlikdə yeni dövrün başladığını vurğulayan dövlət başçısı, ilk növbədə, insanlararası və biznes nümayəndələrinin təmaslarının, mədəni, humanitar sahələrdə əməkdaşlığın bərpasının və inkişaf etdirilməsinin önəminə toxunub.
Səfir də öz növbəsində Azərbaycanla Fransa arasında münasibətlərdə yeni səhifənin açıldığını deyərək, əlaqələrimizin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib. Xatırladaq ki, Azərbaycan lideri oktyabrın 2-də Kopenhagendə fransalı həmkarı ilə görüşüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: