sonnoqte.az
Xəbər başlıqları
  • 13:48 – İlham Əliyev uşaqlarla bir arada - Fotolar 
  • 10:08 – Prezident İlham Əliyev Laçın kanat yolunun təməlini qoyub 
  • 09:36 – Prezident “PIRSHAGHI” ayaqqabı fabrikinin Laçın filialının AÇILIŞINDA - FOTOLAR 
  • 12:08 – İlham Əliyev "Coca-Cola" zavodunun açılışını etdi - FOTOLAR 

FHN-in 20 illik yubiley medalı təsis olunacaq

15-05-2025, 11:23 6 dəfə baxılıb

FHN-in 20 illik yubiley medalı təsis olunacaq


Fövqəladə Hallar Nazirliyinin 20 illik yubiley medalı təsis olunacaq.

 Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005–2025)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanuna dəyişikliyi təsdiqləyib.

Dəyişikliyə əsasən, yubiley medalı ilə Azərbaycanın fövqəladə hallar orqanlarının fəaliyyətinin təşkilində, inkişafında və möhkəmləndirilməsində xüsusi xidmətləri olan, habelə mülki müdafiə işinin təşkili, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması və fövqəladə halların nəticələrinin aradan qaldırılması tədbirlərinin həyata keçirilməsində fəal iştirak edən şəxslər təltif ediləcəklər.

Yubiley medalı döşün sol tərəfinə, digər orden və medalları olduqda “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005–2020)” Azərbaycanın yubiley medalından sonra taxılacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO