sonnoqte.az
Xəbər başlıqları
  • 13:27 – Prezident sabit aylıq tariflə bağlı dəyişikliyi təsdiqlədi 
  • 12:56 – Şəmkirdə yolların əsaslı təmirinə iki milyon manat ayrılıb - SƏRƏNCAM 
  • 21:58 – Prezident İlham Əliyev Azərbaycan Milli Mətbuatının 150 illiyi ilə əlaqədar təbrik ünvanlayıb - YENİLƏNİB 
  • 12:44 – İlham Əliyev Donald Trampa təşəkkür edib 

Teymur Hacıyev: Dövlətimiz istənilən təxribat və təcavüzə qətiyyətlə cavab verəcək

2-12-2022, 10:28 204 dəfə baxılıb

Gəncə Şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Teymur Hacıyev - Ermənistan Azərbaycan torpaqlarını 30 ilə yaxın işğalda saxlayanda, şəhər və kəndlərimizi viran qoyanda, azərbaycanlılara qarşı XX əsrin dəhşətli cinayəti olan Xocalı soyqırımını törədəndə susan Fransa Senatı, Milli Assambleyası bu gün nədənsə danışmağa başladı. Fransa Senatından sonra Milli Assambleyanın da Azərbaycan əleyhinə çıxartdıqları qərar riyakarlığın, ikiüzlülüyün ən bariz nümunəsidir. Özünü dünyada demokratiyanın, insan hüquqlarının müdafiəçisi hesab edən Fransa əslində dünyada işğalçılıq siyasəti, xalqlara qarşı soyqırım törətmiş bir dövlətdir. Əlcəzairi və bir sıra Afrika dövlətərini əsarət altında saxlayan, insanlarını kütləvi qətlə yetirən Fransanın eyni siyasət həyata keçirən Ermənistanı müdafiə etməsi bu dövlətin əsl simasının göstəricisidir. Fransa Milli Assambleyasının noyabrın 30-da Azərbaycana qarşı qəbul etdiyi qərar bir daha bu ölkənin beynəlxalq hüququn norma və prinsiplərini pozmasına dəlalət edir. Bu gün Fransa Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar olmasını istəməyən qüvvələrin önündə gedir. Fransa hakimiyyəti başda Prezident Makron olmaqla ölkə daxilində nüfuzunu itirməkdədir. Azərbaycanı işğalçı dövlət adlandıran Fransa hakimiyyəti, Senatı və Milli Assambleyası qərar qəbul edərkən öz dövlətlərinin yaxın tarixdə törətdiklərini yəqin unudublar. Lakin dünya ictimaiyyəti bu dəhşətləri heç vaxt unutmayacaq. Fransadan fərqli olaraq Azərbaycan beynəlxalq hüququn bütün prinsiplərinə hörmətlə yanaşır. Azərbaycan öz torpaqlarını işğaldan azad etdi, öz suverenliyi və ərazi bütövlüyü ilə yanaşı beynəlxalq hüququ da bərpa etdi. Fransa dövləti Azərbaycana minnətdar olmalıdır ki, onun da imzası olan BMT TŞ nın 4 qətnaməsinin icrasını Azərbaycan təkbaşına yerinə yetirdi. Fransanın Cənubi Qafqazda öz maraqlarını həyata keçirmək planı baş tutmayacaq. Bu regionda Azərbaycan kimi güclü və qüdrətli dövlət mövcuddur və ölkənin İlham Əliyev kimi lideri var. Azərbaycan bundan sonra da öz müstəqil siyasətini davam etdirəcək və dövlətimiz istənilən təxribat və təcavüzə qətiyyətlə cavab verəcək.

Virtual Qarabağ - Prezident İlham Əliyev: Qarabağ və Şərqi Zəngəzur  Azərbaycandır!

Laçın rayonu 1992-ci il may ayının 18-də Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistan istiqamətindən hücuma keçən düşmən tərəfindən işğal edilmişdir. İşğal nəticəsində 64 minə yaxın Azərbaycan vətəndaşı öz yurdundan didərgin düşmüş, 300-dən artıq hərbçi, eləcə də mülki şəxs həlak olub və itkin düşüb. Rayonda 9 minə yaxın bina, həmçinin 7 sənaye və tikinti müəssisəsi, eləcə də 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi işğala məruz qalıb.Erməni işğalçıları rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdıb talan etmişlər. Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub. Təbii sərvətlərlə zəngin olan Laçın rayonunda Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tiqiq, Turştiqiq, Nurəddin, Nağdalı, Hacıxanlı kimi müalicəvi əhəmiyyətli bulaqlar mövcuddur.
Ermənilər qanunsuz olaraq Laçında məskunlaşmaqla rayonun sərvətlərini mənimsəyirdilər və elə düşünürdülər ki, daimi olaraq orada qalacaqlar. Lakin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusunun döyüş meydanında əldə etdiyi mütləq qələbələr düşməni “ağ bayraq” qaldırmağa məcbur etdi. 10 noyabr tarixli kapitulyasiya aktına əsasən düşmən 1 dekabr 2020-ci il tarixdə Laçından çıxmağa və ordumuzun döyüş meydanında başlatdığı qələbələr siyasi müstəvidə də zəfərlə nəticələnməsinə imkan yaratdı.
Qürur hissi ilə demək lazımdır ki, iyirmi səkkiz illik erməni işğalından azad olunan Laçın rayonunda yenidən üçrəngli şanlı Azərbaycan Bayrağı dalğalanır. Azərbaycanın ən böyük rayonlarından biri olan Laçının şəhid verilmədən erməni işğalından azad edilməsi ölkəmizin ictimai-siyasi həyatında möhtəşəm və parlaq tarixi hadisəyə çevrilib.
Prezident İlham Əliyevin 2020-ci il noyabrın 26-da imzaladığı Sərəncama əsasən “Laçının azad olunmasına görə” medalı təsis edilib. Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8395 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Artıq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bütün işğaldan azad olunmuş ərazilərdə o cümlədən Laçın rayonunda genişmiqyaslı tikinti quruculuq işlərinə başlanmışdır. Rayonda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Rayonun yol-nəqliyyat infrastrukturu yenidən qurulur. Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Yol üzərində 3 tunelin tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq. 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. Burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək və turizm potensialının artırılmasına səbəb olacaqdır. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasının göstəricisidir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təstiq olunmuş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qaydışa dair I Dövlət Proqramı” üzrə Laçın rayonunda çoxsaylı layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. İşğaldan azad edilmiş ərazilərə Böyük Qaydış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetlərindən biri kimi müəyyən olunmuşdur.
Bir daha vurğulayaq ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi qələbəni siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Ağdam və Kəlbəcər kimi Laçın rayonunun da qan tökülmədən, şəhid verilmədən geri qaytarılması tarixi hadisədir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO