sonnoqte.az
Xəbər başlıqları
  • 13:39 – İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri ilə görüşüb 
  • 11:52 – “İndi həmin o böyük qardaş Brüsseldir” - Prezident 
  • 10:55 – “Sülh müqaviləsinin bəndlərinin əksər hissəsi razılaşdırılıb” 
  • 10:39 – Prezident XII Qlobal Bakı Forumunda iştirak edir - Fotolar - YENİLƏNDİ 

Şoyqu müəmması bitmək bilmir: Qızından paylaşım - FOTO

19-04-2022, 16:00 220 dəfə baxılıb

Şoyqu müəmması bitmək bilmir: Qızından paylaşım - FOTO


Rusiya və Ukrayna arasındakı müharibədə önəmli şəxslərindən biri olan Rusiyanın müdafiə naziri Sergey Şoyqu ətrafındakı müəmmalı vəziyyət hələ də davam edir.

Xarici KİV xəbər verir ki, infarkt keçirdiyi iddia edilən nazirin qızının sosial şəbəkələrdəki paylaşımı gündəm olub. Rusiyalı nazirin 31 yaşlı qızı Ksenya Şoyqu Teleqram kanalındakı paylaşımı ilə diqqət çəkib:

"Qürurum, yol göstərən ulduzum, atam... Qızın olduğum üçün qürur duyuram" - o qeyd edib.
Ksenya atasının vəzifədəki 31-ci ili münasibəti ilə belə bir paylaşım etdiyini bildirib: "31 il hökumətdə. Düz bir il əvvəl onun xidmətlərindən bəhs edən film çəkmişdik. O filmə belə sığmayan elə qəribə hekayələrlə dolu bir ömür oldu".

Qeyd edək ki, Sergey Şoyqu sonuncu dəfə 8 apreldə rusiyalı mərhum siyasətçi Vladimir Jirinovskinin dəfn mərasimində görüntülənib. Görüntüləri izləyənlər rusiyalı nazirin çətinliklə yeridiyini söyləyib.

Xatırladaq ki, martın sonlarında yoxa çıxan S.Şoyqunun əvvəlcə xəstə olduğu və Ukraynadakı hərbi əməliyyatların uğursuzluğuna görə vəzifədən uzaqlaşdırıldığı iddia edilirdi. Daha sonra isə 66 yaşlı nazirin ürəyində problem olduğu açıqlanmışdı.

Kremldən verilən açıqlamada eyni zamanda Şoyqunun hərbi əməliyyatlara görə çox məşğul olduğu bildirilmişdi.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO