sonnoqte.az
Xəbər başlıqları
  • 09:00 – Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib 
  • 19:15 – İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib 
  • 19:10 – Prezident dövlət qulluqçularının maaşları ilə bağlı FƏRMAN İMZALADI 
  • 19:05 – Azərbaycanda bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşları müəyyən edilib - FƏRMAN - SİYAHI 

"Bayraktar"a görə Avropa ölkələri sıraya düzülüb

13-04-2022, 16:00 242 dəfə baxılıb

"Bayraktar"a görə Avropa ölkələri sıraya düzülüb


Ukraynada müqavimət simvoluna çevrilən "Bayraktar TB-2"ləri əldə etmək üçün Avropa ölkələri sıraya düzülüb. Artıq Avropa Birliyi (AB) ölkələrinin Ankaraya bu sahədə ortaqlıq təklif etməyə hazırlaşdığı iddia edilib.

"Serbiyanın ardınca Almaniya da Bayraktar əldə etmək niyyətindədir. 

Bu barədə "CNN International"da dərc edilən “Türkiyə pilotsuz təyyarələri Ukraynada müqavimət simvoluna çevrildi” başlıqlı məqaləsində qeyd edilib. 

Məqalədə  deyilir ki, Rusiyanın Ukraynaya qarşı hücumundan sonra narahat olan və müdafiəsini gücləndirmək istəyən Avropa Birliyi (AB) Türkiyə PUA-ları üçün sıraya düzülüb. Keçmişdə Türkiyənin müdafiə sənayesini sərt tənqidlərlə hədəfə alan, hətta terror təşkilatına qarşı əməliyyatlarda satdıqları silahların istifadəsinə icazə verməyən ölkələr indi "Bayraktar"ı əldə etmək istəyir.

Avropa Birliyinin Ankaraya silah sənayesində ortaqlıq təklif etməyə hazırlaşdığı PUA istehsalında Türkiyənin üstün texnologiyasından yararlanmaq istədiyi iddia edilib.

İngiltərə müdafiə naziri Ben Uolles də "Bayraktar TB-2"lərin Rusiya qüvvələrinin irəliləyişinin qarşısını alıb və hücumlarını səngitməkdə mühüm rol oynadığını bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO