sonnoqte.az
Xəbər başlıqları
  • 13:39 – İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri ilə görüşüb 
  • 11:52 – “İndi həmin o böyük qardaş Brüsseldir” - Prezident 
  • 10:55 – “Sülh müqaviləsinin bəndlərinin əksər hissəsi razılaşdırılıb” 
  • 10:39 – Prezident XII Qlobal Bakı Forumunda iştirak edir - Fotolar - YENİLƏNDİ 

Koronavirusun "Omikron" ştamının nə qədər yaşadığı bəlli olub

26-01-2022, 10:13 215 dəfə baxılıb

Koronavirusun "Omikron" ştamının nə qədər yaşadığı bəlli olub


Yapon tədqiqatçıları koronavirusun “Omikron” ştamı ilə bağlı  araşdırma aparıblar.

Xarici KİV xəbər verir ki, Kyoto Dövlət Universiteti Tibb Fakültəsinin araşdırmaları ilə koronavirusun “Omikron” variantı plastik səthlərdə və insan dərisində sələflərinə nisbətən daha uzun müddət aktiv qaldığını müəyyən edilib.

Qeyd olunub ki, “Omicron”un səthlərdə daha uzun müddət qalması onun sürətlə yayılmasına və dominant varianta çevrilməsinə kömək edir.

Laboratoriya testləri ilə koronavirusun orijinal variantının plastik səthdə 56 saat “Alpha” variantının 191,3 saat, “Beta” variantının 156,6 saat, “Gamma” variantının 59,3 saat, “Delta” ştamının isə 114 saat qaldığı aşkarlanıb.

“Omikron” üçün isə bu müddət 193,5 saat olaraq ölçülüb.

Tədqiqatçılar bildirirlər ki, spirt əsaslı əl təmizləyicilərinin istifadəsi ilə bütün variantlar 15 saniyə ərzində fəaliyyətsiz olur. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO