sonnoqte.az
Xəbər başlıqları
  • 12:53 – Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər 
  • 12:15 – Azərbaycan Türkmənistana tanker hədiyyə edib 
  • 12:05 – İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü olub 
  • 12:41 – Prezident fərman imzaladı 

Sent-Etyen şəhərinin sakinləri erməni qatillərə görə ayağa qalxdı

8-06-2021, 22:00 325 dəfə baxılıb

Sent-Etyen şəhərinin sakinləri erməni qatillərə görə ayağa qalxdı


Fransanın Sent-Etyen şəhərində 3 erməninin törətdiyi qətl hadisəsinə etiraz nümayişi keçirilib.
"Xislətlərini gizlədə bilməyən 28, 32 və 63 yaşlı 3 erməni 26 yaşlı qambiyalı gəncə dörd bıçaq zərbəsi vuraraq qətlə yetirib. Hadisə yerli sakinlərin gözü qarşısında baş verib.

Ətrafdakı sakinlərin telefon vasitəsi ilə çəkib, sosial şəbəkələrdə paylaşdıqları videodan ermənilərin qəddarlığı aydın görünür. Videoda ermənilərin vurduğu bıçaq yaralarından müvazinətini saxlaya bilməyib, yerə yıxılan qambiyalı gəncə erməninin hücum edərək təpikləməsi insanı dəhşətə gətirir.

Bildirilir ki, hadisə rasist zəminində baş verib. Bu gün afrikalılar ermənilərin törətdikləri qətl hadisəsinə etiraz nümayişi edərək, qətlə yetirilmiş qambiyalı Yusuf üçün ədalət tələb ediblər. Nümayişə Sent-Etyen şəhərinin merinin də qatıldığı qeyd edilir.

Daim ağlayaraq, özlərini yazıq kimi qələmə verməyə çalışan ermənilər terrorçu xislətlərini və əməllərini artıq gizlədə bilmirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO