Tiflisdə yeni tramvay xəttinin layihələndirilməsi və tikintisi ilə bağlı müqavilə imzalanıb.
Saziş Tiflis Nəqliyyat Şirkəti ilə Türkiyənin EYE konsorsiumu (Emre Ray + Yüksel + Erk) arasında bağlanıb.
Tiflis meri Kaxa Kaladzenin sözlərinə görə, layihənin icrası 4 il davam edəcək və üç mərhələdən ibarət olacaq: konsepsiyanın hazırlanması, ətraflı layihələndirmə və tikinti.
Yeni tramvay xəttinin uzunluğu 7,5 kilometr olacaq və marşrut boyunca 11 dayanacaq yaradılacaq. Xətt Didi Diğomi yaşayış massivini “Didube” metro stansiyası ilə birləşdirəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.