sonnoqte.az
Xəbər başlıqları
  • 12:07 – Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi - Video 
  • 11:28 – Prezidentə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim olundu - Fotolar 
  • 11:23 – DSX-nin şəhid hərbçiləri təltif olundu - Siyahı 
  • 22:32 – İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi - Fotolar 

Ərdoğandan müharibə ANONSU - Bakı üçün KRİTİK seçim

Bu gün, 11:08 6 dəfə baxılıb

Ərdoğandan müharibə ANONSU - Bakı üçün KRİTİK seçim


Türkiyə prezidenti Ərdoğan İsraillə mümkün müharibə ilə bağlı suala cavab verib. Ərdoğan bildirib ki, kimsə Türkiyəyə hücum etməyi planlaşdırırsa, buna qarşılıq veriləcək.

"Söhbət müharibədən deyil, sülhdən gedir. Amma kimsə sülh üçün yox, müharibə naminə Türkiyəyə hücum etməyi planlaşdırırsa, Türkiyə bundan çəkinməyəcək. Mən bunu tam məsuliyyətlə deyirəm”, - Prezident vurğulayıb.

Qeyd edək ki, İsrail və Türkiyə arasındakı gərginlik liderlərin kəskin açıqlamalarında aydın görünür. Baş nazir Benyamin Netanyahunun ABŞ prezidenti Donald Trampı Türkiyəyə F-35-lərin verilməsi fikrindən daşındırmaq cəhdi, əlaqələri qopma nöqtəsinə gətirib. İsraildə oktyabrın 27-də parlament seçkiləri keçiriləcək. Netanyahunun seçki kampaniyasında Ərdoğanı İsrailin təhlükəsizliyinə təhdid kimi təqdim etməsi Türkiyə mətbuatının kəskin etirazı ilə qarşılanıb.

Hakim “Likud” partiyası Tel-Əvivdəki reklam lövhələrində Ərdoğanın fotolarını, İranın ali lideri Müctəba Xamenei, “Hizbullah”ın baş katibi Naim Qasım və Nyu-Yorkun meri Zöhran Mamdani ilə birgə “düşmən” obrazında göstərib. Fotoların yer aldığı plakatların üzərində, “Bunlar Netanyahunun məğlub olmasını istəyirlər”, “Onların qalib gəlməsinə imkan verməyin” şüarları yazılıb. Gərginləşən münasibətlər fonunda, prezident Ərdoğanın verdiyi açıqlama diqqət mərkəzinə çevrilib.

Türkiyə lideri vurğulayıb ki, kimsə Türkiyəyə hücum etmək niyyətinə düşərsə, tərəddüd etmədən müharibəyə qoşulacaqlar. “Məkkə Sazişi”nə diqqət çəkən Ərdoğan, “Əgər hər hansı hücum baş verərsə, ittifaqa daxil olan 3 dövlət birgə zəruri addımlar atacaq” ifadəsi ilə sanki İsrailə göz dağı verib.

Bəs bu bəyanatlar seçki ərəfəsində müharibəyə səbəb ola bilərmi, yoxsa söz davasıdır? Nəzəri müharibədə “Məkkə sazişi” işə düşərsə, regionda qlobal savaş başlanması riski var və bu şəraitdə Bakının mövqeyi necə olacaq?

Hərbi ekspert Ramil Məmmədli Türkiyə-İsrail müharibəsini istisna edir. Hər iki ölkənin ABŞ ilə müttəfiq olduğunu yada salan təhlilçi hesab edir ki, ilk növbədə Vaşinqton belə bir hərbi eskalasiyaya imkan verməz.

Gərginliyin olduğunu bildirən ekspertin fikrincə, diplomatik həll yolları hələ də var və ən əsası, Ankaranın gözləntisi oktyabrda Netanyahunun hakimiyyətdən gedəcəyidir: “Bundan sonra münasibətlərdə yumşalma mümkündür. Amma biz seçkilərin nəticələri haqda mühakimə yürüdə bilmərik. Müharibəyə gəlincə, heç bir halda İsrailə sərf etmir. Çünki Türkiyəyə dəstək olaraq İran, Suriya prosesə qoşula bilər. Ərəb dövlətlərinin də dəstəyi şübhə doğurmur. Pakistanı da nəzərə almalıyıq. O baxımdan, Türkiyə-İsrail hərbi toqquşmalarını təsəvvür belə etmək istəmirəm”.

Ramil Məmmədli müharibə olarsa, ABŞ-nin İsraili dəstəkləyəcəyini gözləyir: “Tramp bir müddət əvvəl buna eyham vurub. Amma söhbət proksi dəstəkdən gedə bilər. Bütün hallarda hərbi qarşıdurma gözləmirəm. Sadəcə, Türkiyə prezidenti siyasi bir xəbərdarlıq edib. Təbii ki, Ankara da müharibədə maraqlı deyil. Bu, regionda sabitliyin pozulması deməkdir və İsrail də özünün müasir texnologiyalarından istifadə edə bilər. Üstəlik, burada quru qoşunların döyüşləri mümkün deyil. Tərəflər arasında hava hücumları, uzunmənzilli zərbələrlə savaş reallaşacaq. Bu da həm zaman baxımdan uzun çəkməz, həm də bahalı bir müharibəyə çevrilər. Doğrudur, Türkiyə Suriya ərazisindən İsrailə zərbələr endirə bilər, amma dediyim kimi, belə bir qərar Rusiya-Ukrayna müharibəsi qədər faciəvi, yanlış bir eskalasiya olar”.

Ekspert əlavə edib ki, Bakı heç bir halda bu müharibənin tərəfdarı deyil: “Azərbaycan ona qardaş və dost olan ölkələr arasında barışı dəstəkləyir. Hətta bundan əvvəl Bakıda tərəflər arasında görüş də təşkil olunub. Biz Türkiyə və İsrailin barışığı üçün addım atmağa hazırıq və cənab prezident də bu mövzuda açıq şəkildə danışıb”.musavat.com






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO