sonnoqte.az
Xəbər başlıqları
  • 11:33 – Onlar general-leytenant oldu - Sərəncam 
  • 11:23 – DSX-nin şəhid hərbçiləri təltif olundu - Siyahı 
  • 22:32 – İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi - Fotolar 
  • 22:29 – Prezident sosial evlər kompleksinin təməlini qoydu - Fotolar 

Kremldən Ankaraya “yaşıl işıq”: S-400 BƏƏ-yə verilə bilər

Bu gün, 10:14 3 dəfə baxılıb

Kremldən Ankaraya “yaşıl işıq”: S-400 BƏƏ-yə verilə bilər


Türkiyənin ABŞ-dən “F-35” qırıcı təyyarələri əldə etməsi üçün zəruri şərt olan Rusiyadan alınan “S-400” hava hücumundan müdafiə sistemləri ilə bağlı atdığı addımlar təkcə Vaşinqtonda deyil, Moskvada da yaxından izlənilir.
Bunu Rusiyanın “Kommersant” qəzeti yazıb.

“Ankara çıxılmaz vəziyyətə düşüb” adlı məqalədə qeyd olunub ki, Türkiyə Rusiyanın razılığı olmadan “S-400” sistemlərini və ya onların komponentlərini üçüncü bir ölkəyə sata və ya ötürə bilməz.

Bildirilib ki, əgər Türkiyə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə razılığa gələrsə, Rusiyanın belə bir satışın qarşısını ala bilməsi ehtimalı azdır. Çünki BƏƏ NATO-nun üzvü deyil və Moskva ilə Əbu-Dabi arasında xüsusi gərginlik yoxdur. Bu kontekstdə sistemlərin yenidən satışına icazə verilməsi Rusiya üçün riskli görünmür.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun məsələ ilə bağlı açıqlamasına istinad edən nəşr yazıb ki, Moskva və Ankara “S-400”-lərin taleyi ilə bağlı əlaqə saxladıyıb və bunu “çox həssas” məsələ adlandırıblar. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO