sonnoqte.az
Xəbər başlıqları
  • 09:22 – Dövlət başçısı: "Bu gün 2 mühüm sənəd imzalanacaq" 
  • 10:44 – Prezident Tacikistan Baş nazirini qəbul etdi - Fotolar 
  • 12:19 – İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi 
  • 10:03 – Prezident mühüm SƏRƏNCAM İMZALADI 

Türkiyədə sərnişin avtobusu aşdı - 41 yaralı

7-07-2026, 08:40 32 dəfə baxılıb

Türkiyədə sərnişin avtobusu aşdı - 41 yaralı


Türkiyənin Kırıkkale vilayətində sərnişin avtobusunun aşması nəticəsində 41 nəfər xəsarət alıb.

TRT xəbərinə görə, qəza Tekirdağdan Kayseriyə hərəkət edən sərnişin avtobusunun Kaman-Ankara avtomobil yolunda, Karakeçili Dövlət Xəstəxanası yaxınlığında idarəetmədən çıxaraq aşması nəticəsində baş verib.

Hadisə yerinə AFAD, yanğınsöndürmə, təcili tibbi yardım, polis və jandarma əməkdaşları cəlb olunub.

Qəza zamanı 38 sərnişin, 2 sürücü və 1 bələdçi olmaqla ümumilikdə 41 nəfər yaralanıb. Yaralılar təcili yardım briqadaları tərəfindən ətrafdakı xəstəxanalara çatdırılıb. Onlardan 3-nün vəziyyətinin ağır olduğu bildirilir.

Qəzadan sonra avtobusun sürücüsü saxlanılıb. Hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO