sonnoqte.az
Xəbər başlıqları
  • 13:31 – İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib 
  • 10:34 – Azərbaycan və İslam İnkişaf Bankı Qrupu arasında sənədlər İMZALANDI 
  • 09:48 – Prezidentdən ŞAD XƏBƏR - Tezliklə.... 
  • 09:13 – Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub 

Türkiyə kəşfiyyatı Almaniyanı lərzəyə saldı

Bu gün, 08:32 2 dəfə baxılıb

Türkiyə kəşfiyyatı Almaniyanı lərzəyə saldı

Almaniyanın daxili kəşfiyyat qurumu Türkiyənin Milli Kəşfiyyat Təşkilatını (MİT) ölkədə fəaliyyət göstərən ən aktiv xarici xüsusi xidmət orqanlarından biri kimi göstərib.
Berlin Senatının Daxili İşlər İdarəsinin yayımladığı 140 səhifəlik hesabatda Rusiya, Çin, İran və Türkiyə Almaniyaya qarşı kəşfiyyat fəaliyyəti aparan əsas ölkələr sırasında qeyd olunub.
Sənəddə bildirilir ki, adı çəkilən ölkələrin xüsusi xidmət orqanları siyasi, iqtisadi və ictimai sahələrdə məlumat toplamaqla yanaşı, müxtəlif təsir əməliyyatları da həyata keçirirlər.
Hesabatda Türkiyənin Milli Kəşfiyyat Təşkilatı – MİT Almaniyada fəaliyyət göstərən ən aktiv xarici kəşfiyyat xidmətlərindən biri kimi təqdim edilib. Almaniya tərəfi xüsusilə Berlinin xarici xüsusi xidmət orqanlarının əsas fəaliyyət meydanlarından birinə çevrildiyini vurğulayıb.
MİT-in Almaniyadakı fəaliyyəti ilə bağlı konkret faktlar açıqlanmasa da, təşkilatın hesabatda Rusiya, Çin və İranın xüsusi xidmət orqanları ilə eyni sırada göstərilməsi diqqət çəkib.(musavat.com)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO