sonnoqte.az
Xəbər başlıqları
  • 11:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 09:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 08:28 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 19:21 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi

Bu gün, 12:14 2 dəfə baxılıb

Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi


Rusiya-Ukrayna müharibəsində daha iki Azərbaycan əsilli hərbçinin həlak olduğu barədə məlumat yayılıb.

Modern.az-ın əldə etdiyi məlumata görə, 1980-ci il təvəllüdlü Aftandil Arif oğlu Hacıyev və 1973-cü il təvəllüdlü Fərhad Mustafa oğlu Qasımov Rusiya ordusunun sıralarında Ukraynada gedən döyüş əməliyyatları zamanı həyatlarını itiriblər.

Rusiyanın Leninqrad vilayətinin Kamenka qəsəbəsindən hərbi xidmətə cəlb edilən 46 yaşlı Aftandil Arif oğlu Hacıyev Xarkov vilayəti istiqamətində, 15 mart 1973-cü ildə Azərbaycanda anadan olan və uzun illər Rostov vilayətinin Dubensovskaya kəndində yaşayan Fərhad Qasımov isə Donetsk vilayəti istiqamətində həyatını itirib.

Onların Rusiya Silahlı Qüvvələrinin motoatıcı briqadalarının tərkibində xidmət etdikləri bildirilir.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri hər iki tərəfdən müxtəlif ölkələrdən olan şəxslərin, o cümlədən Azərbaycan mənşəli şəxslərin həlak olması ilə bağlı məlumatlar müntəzəm yayılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO