sonnoqte.az
Xəbər başlıqları
  • 14:25 – İlham Əliyev “Zangilan City Park Hotel”in təməlini qoydu - Fotolar 
  • 14:05 – Prezidentin Zəngilan sakinləri ilə görüşündən - Fotolar+Yenilənib 
  • 13:53 – “Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq” 
  • 09:21 – İlham Əliyev: "Əminəm ki, Onun ruhu şaddır, çünki bugünkü Azərbaycan Onun əsəridir" 

Rusiya İrana hərbi yükləri Xəzərlə göndərir – ABŞ bu marşruta toxuna bilmir

Bu gün, 08:13 2 dəfə baxılıb

Rusiya İrana hərbi yükləri Xəzərlə göndərir – ABŞ bu marşruta toxuna bilmir


Son aylarda Xəzər dənizi Rusiya ilə İran arasında mühüm strateji marşruta çevrilib.

Bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

ABŞ rəsmilərinə istinadən yayılan məlumata görə, Moskva Xəzər üzərindən Tehrana pilotsuz uçuş aparatları üçün komponentlər də göndərir.

Nəşrin yazdığına görə, daşımaları həyata keçirən gəmilərin əksəriyyəti transponderlərini söndürür. Bu isə onların izlənməsini faktiki olaraq mümkünsüz edir.

Amerikalı rəsmilər hesab edir ki, Rusiya komponentləri İranın ABŞ və İsrailə qarşı mübarizəsində həlledici rol oynamasa da, Tehran üçün böyük əhəmiyyət daşıyır. Çünki İran son dövrdə dron arsenalının təxminən 60 faizini itirib və Moskvanın göndərdiyi hissələr bu ehtiyatların daha sürətli bərpasına imkan verir.

Məqalədə qeyd olunur ki, Rusiya liman statistikasında da Xəzər marşrutu üzrə daşımaların kəskin artdığı görünür.

Xüsusilə, əvvəllər hər il Qara dəniz üzərindən İrana göndərilən təxminən 2 milyon ton buğda indi Xəzər marşrutuna yönləndirilib.

Məlumata əsasən, Vaşinqtonun əsas problemi ABŞ-nin Xəzərdə hərəkət imkanlarının olmamasıdır. Belə ki, İran körfəzindən fərqli olaraq ABŞ Xəzər dənizində gəmiləri saxlaya və ya ələ keçirə bilmir. Çünki 5 sahilyanı dövlətin Xəzərə çıxışı ABŞ-nin bölgəyə hərbi müdaxilə imkanlarını məhdudlaşdırır. Nəşr bu səbəbdən Xəzəri Vaşinqton üçün faktiki olaraq “kor zona” adlandırır.(Musavat.com)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO