sonnoqte.az
Xəbər başlıqları
  • 11:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 
  • 10:36 – İlham Əliyev Antalyada Əhməd Əl Şaraa ilə görüşüb 
  • 14:50 – Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfər edib - FOTO 
  • 11:55 – Prezident yeni səfiri qəbul etdi - FOTOLAR 

Karapetyanın ev dustaqlığı daha 3 ay artırıldı

Bu gün, 09:12 3 dəfə baxılıb

Karapetyanın ev dustaqlığı daha 3 ay artırıldı


Ermənistanın müxalif “Güclü Ermənistan” partiyasının lideri, tanınmış iş adamı Samvel Karapetyanın ev dustaqlığı müddəti daha 3 ay uzadılıb.

Bu barədə “Armenpress” agentliyinə partiyanın mətbuat katibi Marianna Qahramanyan məlumat verib.

Qeyd edək ki, bu gün İrəvanda Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsində Karapetyanın işi üzrə növbəti iclas keçirilib. Prokurorluq onun ev dustaqlığı müddətinin artırılmasını tələb edib, müdafiə tərəfi isə iyun ayında keçiriləcək parlament seçkiləri ərəfəsində siyasətçinin sərbəst buraxılması üçün vəsatət qaldırıb. Lakin hakim prokurorluğun tələbini təmin edərək, ev dustaqlığı müddətinin 3 ay uzadılmasına qərar verib.

Xatırladaq ki, “Taşir” şirkətlər qrupunun sahibi olan Samvel Karapetyan 2025-ci ilin iyunundan bəri həbsdədir. O, konstitusiya quruluşunu devirməyə çağırış və iqtisadi cinayətlərdə ittiham olunur.(qafqazinfo)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO