sonnoqte.az
Xəbər başlıqları
  • 14:34 – Prezident onları "Tərəqqi" medalı ilə təltif edib 
  • 11:27 – Türkiyənin daxili işlər naziri İlham Əliyevin qəbulunda - Fotolar 
  • 08:58 – İlham Əliyev: Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək 
  • 11:30 – İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib 

Roma ayağa qalxdı! İtaliya İsrailə kəskin etirazını bildirdi: Səfir nazirliyə ÇAĞIRILDI

9-04-2026, 09:21 7 dəfə baxılıb



İtaliya Xarici İşlər Nazirliyi Livanın cənubunda gərginliyin artması və BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) obyektlərinin atəşə tutulması fonunda İsrail səfirini izahat vermək üçün nazirliyə çağırıb.

 "Reuters" agentliyi xəbər verir ki, buna səbəb sülhməramlıların qərargahının hədəf alınmasıdır.

İtaliyanın müdafiə naziri Qvido Krozetto məsələ ilə bağlı kəskin bəyanatla çıxış edərək, sülhməramlıların qərargahına atəş açılmasının "tamamilə qəbuledilməz" olduğunu və beynəlxalq hüququn normalarını kobud şəkildə pozduğunu vurğulayıb.

Roma tərəfindən təqdim edilən məlumatlara görə, İsrail qüvvələri UNIFIL-in mövqelərini atəşə tutaraq avadanlıqları zədələyib və hərbçilərin həyatını təhlükə altına atıb.

Qeyd edək ki, İtaliya bölgədəki missiyaya 1000-dən çox hərbçi ilə töhfə verən ən böyük iştirakçılardan biridir.

İtaliya rəsmiləri sülhməramlıların BMT Təhlükəsizlik Şurasının mandatı altında fəaliyyət göstərdiyini, onların münaqişə tərəfi olmadığını və təhlükəsizliklərinin mütləq şəkildə təmin edilməli olduğunu xüsusi vurğulayıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO