sonnoqte.az
Xəbər başlıqları
  • 11:17 – Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh? 
  • 12:25 – Prezident onu icra başçısı təyin etdi - Sərəncam 
  • 12:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 
  • 11:50 – Prezident açılışda - Fotolar 

Tehran: ABŞ Üçüncü Dünya Müharibəsi üçün saxladığı silahları İrana qarşı istifadə edib

7-03-2026, 10:06 28 dəfə baxılıb

Tehran: ABŞ Üçüncü Dünya Müharibəsi üçün saxladığı silahları İrana qarşı istifadə edib


ABŞ Üçüncü Dünya Müharibəsi üçün saxladığı silah ehtiyatlarından İrana qarşı istifadə edib.
Bunu İran Silahlı Qüvvələri Baş Qərargahının rəsmi sözçüsü Əbülfəzl Şəkarçi deyib.

"Amerikalılar bütün silahlarını sınaqdan keçiriblər və hətta üçüncü dünya müharibəsi üçün saxlanılan silahları ehtiyatlarından çıxarıblar və indi onlardan bizə qarşı istifadə edirlər", - o qeyd edib.

O İranın ABŞ və İsrailə qarşı mütləq daha qabaqcıl silahlardan istifadə edəcəyini qeyd edərək, İran ordusunun İran xalqına "xoş xəbər"  verəcəyini qeyd edib. 
Şəkarçi əlavə edib ki, cümə günü Bəhreyndə ABŞ bazasına hücum və bunun nəticələri axın günlərdə bütün mediada işıqlandırılacaq".

Baş Qərargah nümayəndəsi  onu da vurğulayıb ki, İran ABŞ-ı dünyanın istənilən ölkəsində "təcavüzkar hərəkətlər" etmək imkanından məhrum edəcək. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO