Vaşinqtonda fəaliyyət göstərən antimilli ünsürlər ABŞ-dəki şovinist erməni dairələrinin əlaltısı kimi çıxış edir, onların sifarişləri əsasında hərəkət edirlər. Təsadüfi deyil ki, bu qrupun aqressiv və qeyri-etik aksiyasına ilk reaksiya və dəstək ermənilərin ANCA təşkilatı tərəfindən verilib.
Oxu.Az xəbər verir ki, Amerika Erməniləri Milli Komitəsindən (ANCA) sonra dərhal münasibət bildirənlərdən biri də Azərbaycana qarşı mövqeyi ilə tanınan Frenk Pallone olub.
Senator Frenk Pallonenin erməni lobbisi ilə sıx əlaqələrinin olduğu, erməni dairələri tərəfindən dəstəkləndiyi və uzun illərdir, Azərbaycan əleyhinə mövqe sərgilədiyi məlumdur.
F.Pallone "907-ci düzəliş"in müəlliflərindən biri olub, Xocalı hadisələrini inkar edən, Azərbaycan torpaqlarının işğal altında saxlanmasına çağırışlar edən və vaxtilə işğal altında olmuş ərazilərə səfər edən şəxs kimi tanınır.
Antimilli ünsürlər şovinist erməni dairələri ilə əlbir olaraq Azərbaycana qarşı eyni cəbhədə yer alıb və ən radikal addımlara belə əl atmaqdan çəkinmirlər. Bu şəxslər beynəlxalq əhəmiyyətli tədbirin keçirildiyi gün Vaşinqtonda ABŞ-nin təhlükəsizlik qaydalarını kobud şəkildə pozmağa cəhd ediblər.
Hotel ətrafında yaradılmış təhlükəsizlik perimetrini zorakı formada keçməyə çalışan, qeyri-etik ifadələr işlədən, təhrikedici və aqressiv davranışlar nümayiş etdirən bu şəxslərin cəhdlərinin qarşısı ABŞ polisi və Dövlət Mühafizə Xidmətinin əməkdaşları tərəfindən alınıb.
Bu yaxınlarda Azərbaycan əleyhinə fəaliyyəti ilə məşhur olan, keçmiş senator Bob Menendes layiq olduğu cəzasını aldı. Frank Pallonenin də eyni aqibəti yaşayacağı gün uzaqda deyil.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.