sonnoqte.az
Xəbər başlıqları
  • 20:09 – Prezident məmurlara tapşırıq verdi 
  • 11:16 – Prezidentin sosial media səhifələrində ABŞ Vitse-prezidenti ilə görüşünə dair video paylaşılıb 
  • 11:06 – Azərbaycan Prezidenti Pezeşkianı təbrik edib 
  • 08:42 – Prezident Vensə bu fotoları göstərdi - VİDEO 

ABŞ 20 maddəli planın II fazasını başlatdı – Qəzzada bərpa işlərinə start verilir

15-01-2026, 09:36 9 dəfə baxılıb



Qəzza münaqişəsini bitirmək üzrə prezidentin 20 maddəli planının II fazasının başlanmasını elan edirik. Plan atəşkəsdən silahsızlaşdırmaya, texnokrat idarəçiliyə və bərpa işlərinə keçidi nəzərdə tutur.

Bu barədə ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkofun yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, II faza çərçivəsində Qəzzada keçid dövrü texnokrat Fələstin idarəçiliyi – Qəzza İdarəetmə üzrə Milli Komitə (NCAG) yaradılır və Qəzzanın tam silahsızlaşdırılması və bərpasına başlanır. Əsas məqsəd bütün icazəsiz şəxslərin silahsızlaşdırılmasıdır. ABŞ, HƏMAS-ın öhdəliklərini tam şəkildə yerinə yetirəcəyini, o cümlədən son həlak olmuş girovun dərhal qaytarılmasını gözləyir. Bu öhdəliyin yerinə yetirilməməsi ciddi nəticələrə səbəb olacaq.

Uitkof onu da qeyd edib ki, I fazada tarixi humanitar yardım təqdim edilib, atəşkəs qorunub, bütün sağ girovlar və iyirmi səkkiz həlak olmuş girovdan iyirmi yeddisinin cəsədlərini qaytarılıb. “ABŞ bu irəliləyişin mümkün olmasını təmin edən vacib vasitəçilik səylərinə görə Misirə, Türkiyəyə və Qətərə təşəkkürünü bildirib”, deyə o qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO